#

Həyat yoldaşına görə sənəti tərk edən, harada yaşadığı bilinməyən Hicran Mehbalıyeva - O, kimin tələbi ilə baş rola dəvət olundu?

Həyat yoldaşına görə sənəti tərk edən, harada yaşadığı bilinməyən Hicran Mehbalıyeva - O, kimin tələbi ilə baş rola dəvət olundu?
8 oktyabr 2024
# 12:00

Kulis.az Əməkdar artist Hicran Mehbalıyeva haqqında maraqlı faktları təqdim edir.

Hicran Paşa qızı Mehbalıyeva 11 mart 1954-cü il tarixində dünyaya gəlib. 1973–1977-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb. 1977–1987-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında işləyib.

***

Akademik Milli Dram Teatrına dəvət olunan Hicran Mehbalıyeva sənətdən gedənə kimi burada çalışıb.

O, həmçinin AzTV-nin bir sıra əyləncəli verilişlərində, Yeni il proqramlarında iştirak edub.



***

O, “Xoşbəxtlik qayğıları”, “Evləri köndələn yar”, “İşgüzar səfər”, “Qonşu qonşu olsa” televiziya tamaşalarında, “Bədbəxtliyin astanasında” kimi filmlərdə müxtəlif səpgili obrazlar canlandırıb.


***

Müğənnilik fəaliyyəti ilə də məşğul olan sənətçi "Bənövşə" uşaq xorunun yetirmələrindəndir.


Xüsusilə görkəmli aktyor Yaşar Nuri ilə ifa etdiyi “Neyləsin bu yollar...” mahnısı dövrünün ən məşhur duetlərindən idi.

Emin Sabitoğlu ilə ifa etdiyi "Səhnədə işıqlar yananda", “Evləri köndələn yar” teletamaşasında oxunan“Görüş yeri” mahnılarının ifaçısı da Hicran Mehbalıyevadır.



***

Hüseyn Cavid yaradıcılığı onun aktrisalığının əsas qida mənbəyi olub.

Hətta o, Hüseyn Cavidin müəllifi olduğu səhnə əsərlərində qadın obrazlarının ən gözəl ifaçısı hesab olunurdu.

1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrında dahi dramaturqun "Afət" əsəri əsasında hazırlanan tamaşada canlandırdığı obrazdan sonra - 1 dekabr 1982-ci ildə ona “Azərbaycan SSR-nin Əməkdar artisti” fəxri adı verilir.

Onun bu rolu oynaması isə tərəf müqabili ƏIi Nurun istəyi ilə olub. Sən demə, rolu əslində Elmira Həşimzadə oynamalı imiş.

Aktyor müsahibələrinin birində bu haqda deyir:

"1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrında Hüseyn Cavidin anadan olmasının 100 illiyi ilə əlaqədar şairin “Afət” əsəri səhnələşdirilirdı. Rejissor Oruc Qurbanov Afəti aktrisa Elmira Haşimzadəyə həvalə etdi. Mən də tamaşada baş rolu oynayıram. Dedim, bu aktrisa ilə tamaşadan hadisə yaratmaq olmaz. Bu rolu Hicran Mehbalıyeva oynamalıdır. Üç ay rejissorla mübahisədən sonra rolu Hicrana verdirdim və tamaşa dünyaya səs saldı. İki dəfə Respublika Sarayında oynanıldı. Mehdi Məmmədov dəfələrlə tamaşaya baxıb. Akademiklər, professorlar o tamaşanın dəlisiydilər. Çünki baş rolun ifaçısı yerində idi. Elmira Haşimzadəyə görə ona heç kim baxmayacaqdı və tamaşa Sumqayıtın arxivində qalacaqdı".


Ardınca isə onu Akademik Milli Dram Teatrına işə dəvət edirlər.




***

O sənətdən səssiz-səmirsiz getdi...

Qarışıq, faciəlli 90-cı illər...

O illərdə onlarla aktyor, aktrisa ağır problemlər qarşısında təslim olub sənətdən uzaqlaşdı...

Hicran Mehbalıyeva da onlardan idi...

Deyilənə görə, Əməkdar artistin səhnə həyatına davam etməsini həyat yoldaşı istəməyib. Bir müddət Bakıda qalan cütləq sonradan sonra onlar Azərbaycanı tərk edib.


Sənət dostu Hacı İsmayılov müsahibələrinin birində bu qərar haqqında deyir:

"Onun yoldaşı Moskvada işləyirdi. O da həyat yoldaşının tələbi ilə işini atıb Moskvaya getdi. Heyf... Çox gözəl aktrisa idi. Qalsa idi, çox məşhur, sevimli aktrisalardan biri olacaqdı".

Aktrisa barədə bilinən yeganə şey hazırda Rusiyada yaşadığıdır.

Ailəsi, övladları barədə heç bir məlumat yoxdur.

Səhnəyə səsli-küylü gələn Hicran Mehbalıyeva sənətdən sərin bir meh kimi keçib getdi.

# 1135 dəfə oxunub

Oxşar xəbərlər

Terrorizmlə mübarizəyə həsr olunmuş roman çap olundu - Azərbaycanda

Terrorizmlə mübarizəyə həsr olunmuş roman çap olundu - Azərbaycanda

15:56 8 oktyabr 2024
Ədəbiyyat üzrə “Nobel”in favorit namizədləri məlum oldu

Ədəbiyyat üzrə “Nobel”in favorit namizədləri məlum oldu

15:32 8 oktyabr 2024
Uitni Hyustonun anası vəfat etdi

Uitni Hyustonun anası vəfat etdi

14:52 8 oktyabr 2024
Azərbaycan əsilli reperin Rusiyada çıxışına qadağa qoyulub

Azərbaycan əsilli reperin Rusiyada çıxışına qadağa qoyulub

12:41 8 oktyabr 2024
Xpertin repi Türkiyə serialında - Video

Xpertin repi Türkiyə serialında - Video

11:42 8 oktyabr 2024
Məşhur reper vəfat etdi

Məşhur reper vəfat etdi

10:01 8 oktyabr 2024
# # #