Fələstinli müğənni Amerika turunu təxirə saldı - Səbəb

Fələstinli müğənni Amerika turunu təxirə saldı - Səbəb
3 sentyabr 2026
# 11:20

"Saint Levant" səhnə adı ilə tanınan fələstinli müğənni və söz yazarı Mərvan Əbdülhəmid (Marwan Abdelhamid) ABŞ vizası ilə bağlı ciddi problemlər yaşadıqdan sonra ilk Şimali Amerika turunu təxirə saldığını açıqlayıb.

Kulis.az xəbər verir ki, sənətçi bu barədə "İnstaqram" hesabında məlumat verib.

"Saint Levant" bildirib ki, ABŞ hökuməti əvvəlcə onun viza müraciətinə müsbət cavab versə də, tur tarixləri yaxınlaşdıqca ondan gözlənilmədən əlavə təhlükəsizlik yoxlanışından keçməsi tələb edilib.

Müğənni yaranmış vəziyyətlə bağlı qeyd edib:

"Hüquq komandamla apardığımız müzakirələrdən və oxşar təcrübələr yaşayan fələstinli və ərəb həmkarlarımla danışdıqdan sonra, komandamla birlikdə vizanın o vaxta qədər həll olunacağına ümid edərək, Şimali Amerika konsertlərimi 2027-ci ilin yazına təxirə salmaq kimi çətin bir qərar aldıq".

Ümumilikdə 41 konsertdən ibarət olan bu tur "Saint Levant"ın indiyədək əsas sənətçi kimi çıxış edəcəyi ən böyük tədbir olacaqdı. Şimali Amerika, Avropa və Yaxın Şərqi əhatə edən qastrol çərçivəsində sənətçinin Los-Anceles, Nyu-York və Detroyt kimi ABŞ şəhərlərində səhnəyə çıxması planlaşdırılırdı.

"Saint Levant" (Mərvan Əbdülhəmid) kimdir?

"Saint Levant" səhnə adı ilə tanınan Mərvan Əbdülhəmid — Qüdsdə (Yerusəlim) fransız-əlcəzairli ana və serb-fələstinli atanın ailəsində dünyaya gəlmiş müasir musiqiçi və söz yazarıdır. Uşaqlıq illəri Qəzzada keçən sənətçi, musiqisində ərəb, ingilis və fransız dillərini ustalıqla sintez edərək qlobal populyarlıq qazanıb. Xüsusilə "Very Few Friends" və "From Gaza, With Love" kimi mahnıları sosial şəbəkələrdə və rəqəmsal platformalarda böyük səs-küy yaradıb. Fələstin kimliyini sənətinin mərkəzinə qoyan "Saint Levant", mahnılarında tez-tez fələstinlilərin məruz qaldığı təzyiqlər, məcburi köçkünlük, müharibə və vətən həsrəti kimi dərin sosial-siyasi mövzulara toxunur.

# 444 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər