Elşad Xose psixiatriya xəstəxanasına yerləşdirildi

Elşad Xose  psixiatriya xəstəxanasına yerləşdirildi
28 iyul 2026
# 16:48

Tanınmış repçi Elşad Xose psixiatriya xəstəxanasına yerləşdirilib.

Kulis.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb.

Məlumata əsasən, repçinin səhhətində ciddi narahatlıq yaranıb və o, bir neçə gün əvvəl Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Səhiyyə Nazirliyindən Lent.az-a bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, şəxsin psixi sağlamlığına, o cümlədən psixiatriya və narkoloji xidmətlərdən istifadə etməsinə dair məlumatlar tibbi sirr hesab olunur və fərdi tibbi məlumatların məxfiliyi dövlət tərəfindən qorunur.

Bu səbəbdən hər hansı şəxsin psixiatriya və ya narkoloji tibb müəssisəsində qeydiyyatda olub-olmaması barədə məlumat üçüncü şəxslərə və ya kütləvi informasiya vasitələrinə təqdim edilə bilməz. Belə məlumatlar yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda, şəxsin özünün razılığı ilə və ya məhkəmə, istintaq və digər səlahiyyətli dövlət orqanlarının qanuni tələbi əsasında açıqlana bilər.

# 797 dəfə oxunub

Oxşar xəbərlər

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirildi

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirildi

19:44 4 oktyabr 2026
Kitabı “yiyəsiz” qoymazdılar... - İndikilər nəvələrinə kimi oxumağı tövsiyə edəcəklər?

Kitabı “yiyəsiz” qoymazdılar... - İndikilər nəvələrinə kimi oxumağı tövsiyə edəcəklər?

11:30 4 oktyabr 2026
Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

17:00 3 oktyabr 2026
"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

16:00 3 oktyabr 2026
Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

15:00 3 oktyabr 2026
Bakıda “Avropa Təamları” Kulinariya Festivalının  4-cü buraxılışı keçirilir

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir

13:12 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər