"Nə deyə bildim ki, tutmaz sevdamız…" - Günün şeiri

"Nə deyə bildim ki, tutmaz sevdamız…" - Günün şeiri
12 dekabr 2025
# 14:00

Bu gün Xalq şairi Cabir Novruzun anım günüdür.

Kulis.az bu münasibətlə müəllifin "Sən elə bir vaxtda rast gəldin mənə" şeirini təqdim edir.


Sən elə bir vaxtda rast gəldin mənə,
Qurumuş bulağam, bulanmış suyam…
Sən elə bir vaxtda rast gəldin mənə,
Oxunmuş nəğməyəm, çalınmış toyam.

Nə gücüm çatdı ki, səndən yapışım,
Nə gücüm çatdı ki, səndən qaçam mən…
Nə odum oldu ki, yanam, alışam,
Nə sehrim oldu ki, cavanlaşam mən…

Sən elə bir vaxtda rast gəldin mənə,
Ömrün payız vaxtı, xəzəl çağıydı…
Sən elə bir vaxtda rast gəldin mənə,
Sənin gəncliyinin gözəl çağıydı…

Nə deyə bildim ki, tutmaz sevdamız,
Nə deyə bildim ki, tutar bizimki…
Bizimdir səmada axan o ulduz,
O uzaqda itən qatar bizimdi…

Sən elə bir vaxtda rast gəldin mənə,
Dayanıb durmuşdum yol ayrıcında…
Sən elə bir vaxtda rast gəldin mənə,
Bir üzüm cavandı, bir üzüm qoca…

Nə deyə bildim ki, sevən çağımdı,
Nə dedim sevirəm, mənə dayaq ol…
Nə deyə bildim ki, mənə yaxın dur,
Nə deyə bildim ki, məndən uzaq ol…

Sən elə bir vaxtda rast gəldin mənə,
Ömrün eşq badəsi içilmiş idi…
Sən elə bir vaxtda rast gəldin mənə,
Mənzilimin çoxu keçilmiş idi…

Nə deyə bildim ki, ürəksən mənə,
Nə deyə bildim ki, ürək deyilsən…
Nə deyə bildim ki, gərəksən mənə,
Nə deyə bildim ki, gərək deyilsən…

Sən elə bir vaxtda rast gəldin mənə,
Bu necə fəsildi, necə vaxt idi…
Sən elə bir vaxtda rast gəldin mənə,
Bu necə taledi, necə bəxt idi...

# 118 dəfə oxunub

Oxşar xəbərlər

Anadoluda Luvi sivilizasiyasına aid  qədim yaşayış yerləri aşkarlandı

Anadoluda Luvi sivilizasiyasına aid qədim yaşayış yerləri aşkarlandı

15:20 12 dekabr 2025
Parisdə Baninin 120 illiyi qeyd olunub

Parisdə Baninin 120 illiyi qeyd olunub

15:14 12 dekabr 2025
BDU-nun ilk azərbaycanlı professoru - Onu niyə şantaj edirdilər?

BDU-nun ilk azərbaycanlı professoru - Onu niyə şantaj edirdilər?

15:00 12 dekabr 2025
 Zahidə Məmmədsalahova  vəfat etdi

Zahidə Məmmədsalahova vəfat etdi

14:54 12 dekabr 2025
Niyə Pompeydə kölələr azad adamlardan yaxşı yaşayırdı?

Niyə Pompeydə kölələr azad adamlardan yaxşı yaşayırdı?

14:45 12 dekabr 2025
Rəqsanədən niyə qəhrəman düzəldirsiniz?

Rəqsanədən niyə qəhrəman düzəldirsiniz?

14:10 12 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər