Bir kökənin həsrəti – Nigar Namiq yazır...

Bir kökənin həsrəti – Nigar Namiq yazır...
23 fevral 2022
# 11:00

Kulis.az Nigar Namiqin “Bir kökənin həsrəti” adlı yazısını təqdim edir.

Siz heç olmayacaq duaya “amin” deyən, dərdini deməyə kimsə tapmayan, gözü, könlü qovuşmaq arzusu ilə dolan "Məcnun" görmüsünüz?

Ana dilində danışdığı üçün alçaldılan insanların qəzəbi vətən həsrətini bilirsiniz necə artırır?

O vətən ki, harada olursan, ol, həmin yer sənin üçün əzizdir, doğmadır. Bu şəkildəki kimi…

Şəklin sahibi İranda istehsal olunan bu məhsulun tarixinə baxanda, gözü üstündəki yazıya sataşır: “Mən Azərbaycanı istərəm”.

Qürbətin, ayrılığın, həsrətin ağırlığını anlatmağa bəs edən üç söz.

Sanki bu sözləri kökə deyir bizə. Deyir ki, mən Azərbaycanda olmaq istəyirəm, daha sərhədləri dağıtmaq, bütöv Azərbaycana qovuşmaq istəyirəm.

Amma mahnıda deyildiyi kimi: “Neyləyim ki, sənə çata bilmirəm…”

Qəriblik əlacı əlində olan “naxoşluq”dur?

Bəlkə də çoxu heç maraqlı həyat keçirmir, bəlkə də çoxu hər gün neçə yaş qocalır, elələri də olur ki, ancaq turist kimi ayaq basa bilirlər buralara. Vətənin bir addımlığında olur, əlini uzadırsan, amma...

Bəs onları yaşadan nədir?

Ümid?

“Niyə qəriblikdə yaşayanların gözləri kədərli, ürəkləri isə mərhəmətlidir?”.

Orada yaşayan soydaşlarımıza, azərbaycanlılara türk olduqları üçün ikinci, hətta üçüncü, dördüncü sinif insan kimi münasibət göstərilir.

Bilirsiniz, bu necə dəhşətlidir?

Vətən həsrəti doğma dilində danışmaqdan məhrum olmaq deməkdir. Vətən həsrəti, ayağının yenidən vətənin torpağına basdığını xəyal etməkdir. Bilirsiniz bu, insan üçün necə böyük faciədir? Çətindir anlamaq…

Vətən həsrəti elə bir duyğudur ki, onu hər zaman ovutmağa çalışırsan. Lap elə bir kökənin üstündəki yazı ilə.

Amma biz, daha kökələrin üstündəki yazılarla, şəkillərlə, videolarla görüşmək istəmirik...

# 4705 dəfə oxunub

Oxşar xəbərlər

İnsan həyatının absurdluğu - Kamyunun Mersosu ilə Sartrın Roqonteni nəyi anlamağa çalışırdı?

İnsan həyatının absurdluğu - Kamyunun Mersosu ilə Sartrın Roqonteni nəyi anlamağa çalışırdı?

09:00 21 avqust 2025
Filarmoniyada Maestro Niyazinin doğum günü qeyd olundu

Filarmoniyada Maestro Niyazinin doğum günü qeyd olundu

22:07 20 avqust 2025
Məmməd İsmayıl  dəfn olundu - Şair son mənzilə "Ruhani" sədaları altında yola salındı - Yenilənib

Məmməd İsmayıl dəfn olundu - Şair son mənzilə "Ruhani" sədaları altında yola salındı- Yenilənib

18:30 20 avqust 2025
520 min dolları Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm... - Şikayətçi

520 min dolları Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm... - Şikayətçi

17:05 20 avqust 2025
İngiltərədə sənət əsərinin xaricə satılmasının qarşısını almaq üçün fantastik məbləğ toplandı

İngiltərədə sənət əsərinin xaricə satılmasının qarşısını almaq üçün fantastik məbləğ toplandı

17:00 20 avqust 2025
Misir Bieannalisi 12 il sonra geri qayıdır

Misir Bieannalisi 12 il sonra geri qayıdır

16:30 20 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər