Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub
25 noyabr 2024
# 15:55

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında teatrın bədii rəhbəri, bəstəkar, pianoçu, Xalq artisti Salman Qəmbərovun növbəti musiqi layihəsi təqdim edilib.

Kulis.az xəbər verir ki, Xalq artistinin rəhbəri olduğu “Bakustik” caz qrupunun müşayiəti ilə teatrın solisti İlhamə Qasımovanın ifasında bəstəkar və xalq mahnılarının yeni caz üslubunda işləmələri səsləndirilib.

Konsertdə ifa olunan mahnılar yeni nəfəsdə, yeni improvizələrdə tamaşaçılara böyük musiqi zövqü bəxş edib. Salman Qəmbərovun, qrupun üzvləri Əməkdar artist İsgəndər Ələsgərov, Fuad Cəfər, Tofiq Cabbarov və Firudin Rəhmanovun müşayiət və soloda təqdimatları alqışlarla qarşılanıb.

Layihənin qonağı olan ifaçı Rövşən Qəhrəmanov da Salman Qəmbərovun iki yeni işləməsini ifa edib.

Qeyd edək ki, Salman Qəmbərov öz musiqi layihələrində nəinki müxtəlif səpkili alətləri bir araya gətirir, eləcə də fərqli üslublarda (xanəndə, vokal, estrada) ifa edən müğənnilərlə çalışır. Layihənin premyerası bu ilin aprel ayında İstanbul şəhərində keçirilib.

# 1878 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər