Azərbaycanlı repçi 19 yaşlı qızı qaçırıb? - İddia

Azərbaycanlı repçi 19 yaşlı qızı qaçırıb? - İddia
20 iyun 2023
# 13:30

"Səni axtarıram" verilişinin ötən gün yayımlanan buraxılışında verilişə müraciət edən ana qızı Qarayeva Səmanın azərbaycanlı repçi Epi (Əkbər Novruzlu) tərəfindən qaçırıldığını bildirib.

Kulis.az xəbər verir ki, 19 yaşlı Səma Qarayeva iyunun 12-si tarixində işdən çıxarkən evə qayıtmayıb. Anası onu instaqramda tanış olduğu Epinin yanında saxladığını deyib:

"Telefonu söndürüb qaçıb. Əkbər deyilən biridir. Qızımı istəmir. Deyib ki, axırıncı dəfə onu "Gənclik”də qızıl mağazasının yanına qoydum ki, bu da mənim ona sonuncu yaxşılığımdır. Qızıllarını satsın özü öz başının çarəsinə baxsın. Qızım 16 yaşında salonda işləyirdi. Çıxardım ki, uşağım tez aldanandır. Nömrələrini qırdım, yenə də uşağımdan əl çəkmədi. Mənim qızım evdə nə oldu, ona xəbər edirdi. Bilmirəm hara aparıb. Niyə mənim uşağıma köməklik edib? İşləmək, sərbəst olmaq istəyirdi. Qızım dedi ki, Epi məni istəyir. Dedim ki, istəyə bilməz. Qızımdan 10 yaş böyükdür. Deyib ki, 4 evim var. Qızım o evlərdən birindədir".

# 4474 dəfə oxunub

Oxşar xəbərlər

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

18:00 30 oktyabr 2026
XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

17:30 30 oktyabr 2026
Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

16:30 30 oktyabr 2026
Devid Bouinin  yayımlanmayan konsert filmi nümayiş olunacaq

Devid Bouinin yayımlanmayan konsert filmi nümayiş olunacaq

15:30 30 oktyabr 2026
“Deutsche Börse Photography Foundation Prize 2027”  mükafatının qısa siyahısı açıqlandı

“Deutsche Börse Photography Foundation Prize 2027” mükafatının qısa siyahısı açıqlandı

15:00 30 oktyabr 2026
Rusiyalı gənc rəssam vəfat etdi

Rusiyalı gənc rəssam vəfat etdi

14:45 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər