Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi qeyd ediləcək - Sərəncam

Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi qeyd ediləcək - Sərəncam
3 fevral 2023
# 14:00

Prezident İlham Əliyev Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Kulis.az xəbər verir ki, Sərəncamda deyilir:

"2023-cü ildə Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 ili tamam olur.

Azərbaycan teatrı XIX əsrin taleyüklü ictimai-siyasi hadisələri fonunda köklü dəyişikliklər baş verərkən böyük maarifçi Mirzə Fətəli Axundzadənin ədəbiyyatımıza dram janrını gətirdiyi və xalq teatrının peşəkar milli teatra çevrildiyi bir vaxtda təşəkkül tapmışdır. Həmin dövrdə ziyalılarımızın Bakı, Şuşa, Şəki, Lənkəran, Naxçıvan, Tiflis və İrəvanda təşkil etdikləri tamaşalar bu şəhərlərin mədəni həyatında mühüm rol oynamışdır.

Azərbaycan teatrı həmişə fəal mövqeyi ilə seçilərək ictimai fikrin ön sıralarında dayanmış, cəmiyyətin mədəni tərəqqisinə və milli şüurun inkişafına əhəmiyyətli təsir göstərmişdir. Ədəbi fikir tariximizin görkəmli nümayəndələri xalqa müraciət üçün teatr səhnəsindən yüksək xitabət kürsüsü kimi istifadə etmişlər.

Dramaturgiyamızın tarixinin hər bir inkişaf mərhələsində Azərbaycan teatrı orijinal aktyor məktəbi ilə əlamətdar olmuş, yüksək səhnə mədəniyyətinə malik sənətkarlar və istedadlı rejissorlar nəsli yetişdirmişdir. Ölkəmizdə bütünlüklə milli dəyərlər zəminində dolğun fəaliyyəti üçün geniş inkişaf perspektivləri açılan teatrlar şəbəkəsi vardır. Bu teatrların kollektivləri dünya təcrübəsindən uğurla bəhrələnərək davamlı yeniləşdirdikləri repertuarlarında mütərəqqi məzmunlu, humanist ideyalı əsərlərə xüsusi yer ayırmış, insanlarımıza milli dramaturji irsin dərin mənəviyyat aşılayan şah əsərləri və xarici ədəbiyyatın estetik zövq formalaşdıran qiymətli nümunələri ilə daha yaxından tanış olmaq imkanı qazandırmışlar.

Azərbaycan teatrı xalqımızın mədəni sərvətidir. Həmin sərvətin qorunması və inkişaf etdirilməsi Azərbaycan dövlətinin mədəniyyət siyasətinin əsas prioritetlərindən biridir. Respublikamıza rəhbərlik etməyə başladığı ilk illərdən milli-mənəvi dəyərləri ön planda tutmaqla tarixi-mədəni irsimizə münasibətdə dönüş yaradan Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycan teatrının 100 illik yubileyinin təntənəli qeyd olunması diqqətəlayiq mədəniyyət hadisəsinə çevrilmiş və teatrımızın çiçəklənməsinə yeni stimul vermişdir".

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

# 2120 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan mədəni irsi Peruda

Azərbaycan mədəni irsi Peruda

11:00 17 oktyabr 2026
Bu gün Füzuli Şəhəri Günüdür

Bu gün Füzuli Şəhəri Günüdür

10:30 17 oktyabr 2026
XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları kimdir?

XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları kimdir?

10:15 17 oktyabr 2026
"Bunu bir qiyafə inqilabına bənzətmək istəsələr də..." - Qızlar üçün məktəb, yoxsa hamı üçün məscid?

"Bunu bir qiyafə inqilabına bənzətmək istəsələr də..." - Qızlar üçün məktəb, yoxsa hamı üçün məscid?

10:00 17 oktyabr 2026
Avropada muzeylər təhlükə altında:  Sənət əsərləri nə dərəcədə qorunur?

Avropada muzeylər təhlükə altında: Sənət əsərləri nə dərəcədə qorunur?

18:00 16 oktyabr 2026
“Zona marağı”  filminin rejissoru Qəzza  haqqında sənədli filmə qarşı təzyiqləri pisləyib

“Zona marağı” filminin rejissoru Qəzza haqqında sənədli filmə qarşı təzyiqləri pisləyib

16:00 16 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər