Azərbaycan musiqiçiləri Gürcüstanda keçiriləcək beynəlxalq festivala dəvət olundu

Azərbaycan musiqiçiləri Gürcüstanda keçiriləcək beynəlxalq festivala dəvət olundu
22 iyun 2023
# 10:30

Avqustun 24-dən 27-dək Gürcüstanın Kvemo Kartli bölgəsinin Marneuli bələdiyyəsinin Tserakvi kəndində “One Caucasus” beynəlxalq musiqi festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, festivala Azərbaycan musiqiçiləri də dəvət olunublar.

2014-cü ildən keçirilən festivalın əsas məqsədi Cənubi Qafqazda yaşayan gənclər üçün ruhlandırıcı və təhlükəsiz məkan yaratmaqdır.

Festival çərçivəsində müxtəlif maarifləndirici tədbirlər də təşkil olunacaq.

“One Caucasus”un rəsmi saytında yerləşdirilmiş məlumatda bildirilir: “Cənubi Qafqaz regionu illərdən bəri bir çox münaqişələrdən əziyyət çəkir. Kvemo Kartli bölgəsi Gürcüstan, Ermənistan və Azərbaycanın sərhəd bölgəsidir və uzun illərdir ki, bir çox etnik və dini qrupların sülh şəraitində yaşadığı bir yer olaraq tanınır. Bu, bir sıra gərginlik və münaqişələrdən əziyyət çəkən Qafqaz üçün olduqca unikaldır. Məqsədimiz yerli bələdiyyənin dəstəyi ilə bütün Qafqaz bölgəsindən olan gənclərin görüşlərini və əməkdaşlığını təşviq etmək üçün ruhlandırıcı və təhlükəsiz bir məkan yaratmaqdır”.

Qeyd edək ki, hər il “One Caucasus” festivalı dünyanın hər yerindən musiqiçiləri, rəssamları, memarları və könüllüləri bir araya gətirir. Müxtəlif qitələrdən çoxlu sayda xarici könüllülər “One Caucasus” festivalının çoxşaxəli proqramını yaradırlar.

Festivala Kvemo Kartli bölgəsində yaşayan gənclərin “One Caucasus” təhsil proqramı çərçivəsində yaratdığı incəsənət layihələri (filmlər, instalyasiyalar və s.) daxildir.

Festivala qatılmaq üçün nəqliyyat, yerləşdirmə və iştirak tamamilə pulsuzdur.

azertag

# 1910 dəfə oxunub

Oxşar xəbərlər

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

18:00 30 oktyabr 2026
XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

17:30 30 oktyabr 2026
Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

16:30 30 oktyabr 2026
Devid Bouinin  yayımlanmayan konsert filmi nümayiş olunacaq

Devid Bouinin yayımlanmayan konsert filmi nümayiş olunacaq

15:30 30 oktyabr 2026
“Deutsche Börse Photography Foundation Prize 2027”  mükafatının qısa siyahısı açıqlandı

“Deutsche Börse Photography Foundation Prize 2027” mükafatının qısa siyahısı açıqlandı

15:00 30 oktyabr 2026
Rusiyalı gənc rəssam vəfat etdi

Rusiyalı gənc rəssam vəfat etdi

14:45 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər