Azərbaycan Dövlət Rəqs Ansamblı beynəlxalq festivalda qalib oldu

Azərbaycan Dövlət Rəqs Ansamblı

Azərbaycan Dövlət Rəqs Ansamblı

20 oktyabr 2021
# 16:40

Azərbaycan Dövlət Rəqs Ansamblı Braziliyada keçirilən “Nueva Plata Beynəlxalq Folklor Festivalı”nın (FİDAF) qalibi seçilib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, üç gün davam edən onlayn yarışda müxtəlif kateqoriyalar üzrə 18 qrup iştirak edib.

Festivalda ikinci yeri Çin Xalq Respublikasının “Beijing Dance Academy”, üçüncü yeri isə Moldovanın “Baletul Na țional JOC” qrupları tutub.

“Ən yaxşı xoreoqrafiya” mükafatına Macarıstandan “Duna Art ansamblı” layiq görülüb. Münsiflər heyətinin qərarına əsasən ən yaxşı mahnını Moldovanın “Baletul Na țional JOC” qrupu səsləndirib.

Geyim kateqoriyası üzrə birinci yerdə filippinli “Leyte Kalipayan Dance Company” qərarlaşıb.

Münsiflər heyəti xüsusi mükafatı Meksikanın Quadalaxara Universitetinin “Folklor Balet qrupu”na təqdim edib.

Festivalın fəxri adına isə Slovakiyadan “Pulse-Poddukel bədii ansamblı” layiq görülüb.

Bu ilin yeniliyi olan “Atalar sözlərini qoruyanlar” mükafatı Fransanın Polinezya adalarından “Tamariki Poerani” və Madaqaskardan “Benja Gazy” qruplarına verilib.

# 2727 dəfə oxunub

Oxşar xəbərlər

“Star Wars” anime ilə ekranlara qayıdır

“Star Wars” anime ilə ekranlara qayıdır

15:20 4 avqust 2026
Təhsilimizdə sabitlik ehtiyacı - İslahatlar, yoxsa bitməyən çılğın eksperimentlər?

Təhsilimizdə sabitlik ehtiyacı - İslahatlar, yoxsa bitməyən çılğın eksperimentlər?

14:00 4 avqust 2026
Tanınmış  aktrisa vəfat etdi – Səbəb

Tanınmış aktrisa vəfat etdi – Səbəb

13:40 4 avqust 2026
12-ci Bakı Beynəlxalq Kitab Sərgisinin bu il keçiriləcəyi tarix məlum oldu

12-ci Bakı Beynəlxalq Kitab Sərgisinin bu il keçiriləcəyi tarix məlum oldu

13:38 4 avqust 2026
Məşhur müğənni fəaliyyətini dayandırır – Səbəb

Məşhur müğənni fəaliyyətini dayandırır – Səbəb

13:30 4 avqust 2026
Evində ölü tapılan görkəmli  aktrisamız

Evində ölü tapılan görkəmli aktrisamız

13:00 4 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər