Atasını həbsxanada öldürdülər, haqqında Stalinə məruzə edildi, rus qızlara görə Sofi Loreni rədd etdi - Tolstoyun qohumu olan azərbaycanlı  

Atasını həbsxanada öldürdülər, haqqında Stalinə məruzə edildi, rus qızlara görə Sofi Loreni rədd etdi - Tolstoyun qohumu olan azərbaycanlı   
7 mart 2023
# 21:00

Kulis.az azərbaycanlı diplomat və jurnalist Ənvər Məmmədov haqqında maraqlı faktları təqdim edir.

Ənvər Nazim oğlu Məmmədov 1923-cü il avqustun 15-də Bakı şəhərində müəllim ailəsində dünyaya gəlib. Atası, Məmmədov Nazim çox savadlı və imkanlı insan olub. O, orta məktəbdə dərs keçir, hakim kimi fəaliyyət göstərirdi.

***

Ənvərin anası, Olqa Alekseyevna İvanova rus zadəgan ailəsindən idi. Moskva Konservatoriyasını bitirmişdi. Ana xətti ilə Lev Tolstoyun qohumu idi. Vətəndaş müharibəsinin dəhşətlərindən gizlənərək Bakıya gəlib çıxmış, ərə getdikdən sonra yazı maşınında yığıcı, kargüzar kimi çalışır.

Ənvəri ana nənəsi böyüdüb. Nənəsi ona alman, fransız və italyan dillərini öyrədib. Yeddinci sinfi bitirdikdən sonra Ənvər Məmmədov çilingər köməkçisi işləməyə başlayır, məktəbi bitirdikdən sonra isə 1941-ci ilin iyun ayında aviasiya məktəbinə müdavim kimi qəbul olunur. Lakin aldığı zədəni əsas gətirərək onu məktəbdən xaric edirlər. Həqiqətdə isə onun məktəbdən uzaqlaşdırılmasına səbəb atasının həbsi idi.

***

Bundan sonra Ənvər Bakıya qayıdır və Qızıl Ordu Baş qərargahının kəşfiyyat xidmətində hərbi tərcüməçi kurslarına göndərilir. Böyük Vətən Müharibəsində iştirak edir. Onun Avropa dillərini bilməsi barədə məlumatlı olan gizli qurumlar bu barədə Moskvaya məruzə edirlər. Müharibə bitməmiş Ənvər Moskvaya çağırılır. SSRİ xarici işlər naziri Vyaçeslav Molotov Stalinə məruzə edərək deyir:

“Hansısa bir tatarı diplomat kimi İtaliyaya göndərmək nəyə lazımdır?”

Amma Ənvəri mükəmməl dil savadı Molotovla yanaşı bir çoxlarının səsini kəsir.

21 yaşlı Ənvər Məmmədov SSRİ-nin İtaliya səfirliyində hərbi attaşe olur. İkinci Dünya müharibəsindən sonra qalib ölkələrin faşistlərin Üçüncü Reyxi üçün qurduğu Nürnberq məhkəməsində alman generalı Fridrdix Paulsun özünü öldürdüyü deyilsə də, onu gizli yollarla hərbi tribunala gətirən Ənvər Məmmədov olur. Paulsun faşistlərin törətdiyi qətllər barədə ifadələrini məhz Ənvər Məmmədov tərcümə edib. Həmin vaxt bu tərcümələr bütün dünyanı lərzəyə gətirir.

***

Atası həbsxanada dünyasını dəyişir. Şayiələr bunun Xarici İşlər Nazirliyindəki daxili mübarizənin nəticəsi olduğunu söyləyir. Bundan bir ilə sonra Ənvər Məmmədov işdən azad olunur.


Ənvər Məmmədov Nürnberq məhkəməsində

İnstitutu bitirdiyi il, Stalinin ölümü ilə üst-üstə düşən Ənvər Məmmədov yenidən Xarici İşlər Nazirliyinə dəvət edilir. Ancaq o, bundan imtina edir. Xarici yayımın əsas nəşrində baş redaktor kimi ABŞ-a gedir.

***

Ənvər Məmmədov 1959-cu ildən “Sovetinformbüro”nun sədr müavini kimi fəaliyyət göstərir. “Mayak” radiostansiyasının açılması ona tapşırılır.

***

1967-ci ildə rejissor Aleksandr Zarxinin ekranlaşdıracağı “Anna Karenina” filminin çəkilişləri zamanı yaradıcı heyəti təşkil edən Ənvər Məmmədov Kremlə çağırılır. Və ona italyan aktrisası Sofi Lorenin bu filmdə Anna rolunda çəkilmək istədiyi bildirilir. Aktrisa ilə görüşən Məmmədov ona rədd cavabı verərək deyir: “Rus qadınları bunu mənə bağışlamaz”. Filmə Tatyana Samolyova təsdiq olunur.


Ənvər Məmmədov ABŞ-da işlədiyi dövr

Ənvər müəllimin televiziya fəaliyyəti canlı idman verilişlərindən tutmuş ilk Sovet serial filmlərinin çəkilişlərinə və məşhur "Nə? Harada? Nə vaxt?" proqramının yaradılmasına qədər davam edir.

***

O, "Baharın 17 anı"ndakı almanların ağıllı olmalarını israr edir, bu səbəbdən film efirə verilmədikdə isə onu müdafiə etdi.

***

Ənvər Məmmədov “Qoskino”nun imtina etdiyi və təbliğat şöbəsində ssenarisinə “stop” qoyulmuş "Həmişə təmizlikdə" filmini çəkməyə Ryazanova razılıq verir. Film çəkiləndən sonra isə onun ekranlara çıxmasına nail oldu.


Ənvər Məmmədov

Kubanın Müdafiə naziri Paul Kastro SSRİ-yə səfəri zamanı görüş protokoluna mütləq Ənvər Məmmədovun adının salınmasını istəyir.

***

Ənvər Məmmədov 1979-cu ildə Bakıya gəlir. Hava limanında insanlar onu duz və çörəklə qarşılayır. O isə deyir: Mən xarici deyiləm ki, məni belə təmtəraqla qarşılayırsınız. Mən vətənimə gəlmişəm”.

***

1985-ci ildə Qorbaçov birinci katib olduqdan sonra Ənvər Məmmədov işindən uzaqlaşdırılır.

Ənvər Məmmədov hal-hazırda “RİA-Novosti” agentliyində redaktor məsləhətçisidir. Oğlu Georgi də diplomatdır. 1997-2003-cü illərdə Rusiya Federasiyası xarici işlər nazirinin müavini olub.

# 12577 dəfə oxunub

Oxşar xəbərlər

Laçında IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi -  Qaliblər məlum oldu - Yenilənib

Laçında IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi - Qaliblər məlum oldu - Yenilənib

18:00 25 avqust 2025
Akademik Zemfira Səfərovanın təqdimatında:  "Azərbaycan musiqisinin patriarxı Üzeyir Hacıbəyli"

Akademik Zemfira Səfərovanın təqdimatında: "Azərbaycan musiqisinin patriarxı Üzeyir Hacıbəyli"

16:20 25 avqust 2025
Keçmiş gəmi kapitanı:  "İran şahının oğluna dedim ki, gəmi özün kimi qocadır" - Müsahibə

Keçmiş gəmi kapitanı: "İran şahının oğluna dedim ki, gəmi özün kimi qocadır" - Müsahibə

15:15 25 avqust 2025
Rəsul Rzanın əsərindəki qəhrəmanın adını daşıyan görkəmli  aktrisa - O, kimin arzusu ilə səhnəyə çıxmışdı?

Rəsul Rzanın əsərindəki qəhrəmanın adını daşıyan görkəmli aktrisa - O, kimin arzusu ilə səhnəyə çıxmışdı?

15:00 25 avqust 2025
90-cı illərin  məfkurə məsələsinə konseptual yanaşan alim  - Yaşar Qarayevin "Yaddaş konsepsiyası" özündə nəyi ehtiva edirdi?

90-cı illərin məfkurə məsələsinə konseptual yanaşan alim - Yaşar Qarayevin "Yaddaş konsepsiyası" özündə nəyi ehtiva edirdi?

14:55 25 avqust 2025
Su gətirin Arazımı söndürməyə... - Davud Nəsib

Su gətirin Arazımı söndürməyə... - Davud Nəsib

14:20 25 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər