“Aşıq dastanları”nın ikinci cildi nəşrə hazırlanır

“Aşıq dastanları”nın ikinci cildi nəşrə hazırlanır
23 oktyabr 2024
# 13:20

Azərbaycan Aşıqlar Birliyinin (AAB) son illərdə həyata keçirdiyi uğurlu layihələrdən olan “Aşıq dastanları” antologiyasının 2-ci cildi üzərində iş yekunlaşmaq üzrədir. Kitabın elmi redaktoru Azərbaycan Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlıdır.

Kulis.az xəbər verir ki, antologiyanın bu cildində “Əsli və Kərəm”, “Yetim Aydın”, “Qul Mahmud və Nigar xanım”, “Məsum və Diləfruz”, “Alı xan və Pəri”, “Məhəmməd və Güləndam”, “Nəcəf və Pərizad”, “Şahzadə Əbülfəz”, “Səyyad və Səadət”, “Abdulla və Cahan” və “Aşıq Hüseyn və Reyhan xanım” dastanları yer alacaq.

Onun sözlərinə görə, bu dastanların hamısı professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftə “Mədəniyyət” kanalında efirə gedən “Saz-söz axşamı” verilişində geniş ictimaiyyətə təqdim olunub, sonra isə aşıqların dilindən yazıya alınaraq kitaba daxil edilib. Birinci cilddə olduğu kimi, bu cildin hazırlanmasında da əsas məqsəd aşıq dastanlarının çağdaş aşıqların repertuarında geniş yer tutmasına çalışmaq, dastanlarımıza bir növ yeni həyat, yeni nəfəs gətirməkdir.

Kitabı professorlar Məhərrəm Qasımlı və Mahmud Allahmanlı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və dosent Altay Məmmədli nəşrə hazırlayıblar. Antologiyanın redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.

Antologiyanın bu ilin payızında elmi ictimaiyyətə və geniş oxucu kütləsinə təqdim olunması nəzərdə tutulur.

# 1665 dəfə oxunub

Oxşar xəbərlər

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

16:36 11 iyul 2026
Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

14:28 11 iyul 2026
Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

14:00 11 iyul 2026
Məşhur aktyor zorlama ittihamından bəraət aldı

Məşhur aktyor zorlama ittihamından bəraət aldı

12:43 11 iyul 2026
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

12:00 11 iyul 2026
Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

11:00 11 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər