Alla Puqaçova məhkəməyə verildi

Alla Puqaçova məhkəməyə verildi
25 may 2023
# 15:45

Rusiyanın Xalq artisti Alla Puqaçova məhkəməyə verilib.

Kulis.az xəbər verir ki, bu barədə "lenta.ru" məlumat yayıb.

Məlumata görə, Puqaçova Solneçnoqorsk şəhər rayon administrasiyasının əmlak idarəsi komitəsi tərəfindən məhkəməyə verilib. Ondan 2021-ci il aprelin 1-dən 31 dekabr 2022-ci il tarixədək Berejki kəndində icarəyə götürdüyü torpaq sahəsinə görə, 44 500 rubl (925 manat) tələb olunur.

İddiada 16 iyun 2021-ci ildən 11 mart 2023-cü il tarixinədək olan dövr üçün 6700 rubl (139 manat) məbləğində cərimə də öz əksini tapıb.

"Москва" agentliyindən isə bildirib ki, sözügedən cərimələr Alla Borisovna Puqaçova adına olsa da, onun həqiqətən SSRİ Xalq artistinə aid olub-olmadığı məlum deyil.

Bundan əvvəl İsrailə köçən Alla Puqaçovanın Rusiyadakı son biznesini bağladığı bildirilirdi.

Qeyd edək ki, Puqaçova həyat yoldaşı, şoumen Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçüb.

# 2019 dəfə oxunub

Oxşar xəbərlər

Salsa əfsanəsi vəfat etdi

Salsa əfsanəsi vəfat etdi

11:20 24 fevral 2026
Xoşbəxt olmaq üçün Ömər Xəyyamın əsas tövsiyəsi

Xoşbəxt olmaq üçün Ömər Xəyyamın əsas tövsiyəsi

10:45 24 fevral 2026
Ukraynalı rəssamlardan müharibə əleyhinə sərgi

Ukraynalı rəssamlardan müharibə əleyhinə sərgi

10:44 24 fevral 2026
Bu gün Su çərşənbəsidir

Bu gün Su çərşənbəsidir

10:22 24 fevral 2026
Otuz səkkiz il sonra vətənə qayıdan mühacir - Canlar Lənkəranlının həyat hekayəsi

Otuz səkkiz il sonra vətənə qayıdan mühacir - Canlar Lənkəranlının həyat hekayəsi

10:00 24 fevral 2026
“Cəlil İşığı”  monotamaşasının premyerası baş tutdu

“Cəlil İşığı” monotamaşasının premyerası baş tutdu

18:10 23 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər