“Aktyorluğu öyrən” layihəsi davam edir

“Aktyorluğu öyrən” layihəsi davam edir
26 dekabr 2024
# 12:57

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) və Azərbaycan İncəsənət Məktəbinin “Aktyorluğu öyrən” layihəsi davam edir. Belə ki, layihə çərçivəsində ilk üç aylıq təhsilin yekunu olaraq imtahanlar təşkil olunub.

Kulis.az xəbər verir ki, noyabrın 30-da Əməkdar artist Qurban Məsimovun rəhbərlik etdiyi TKA 05/24 (Teatr və kino aktyorluğu) kiçik yaş qrupunun səhnələşdirdiyi "Mama" musiqili imtahan tamaşası, eyni zamanda Əməkdar artist Qasım Nağının rəhbərlik etdiyi TKA 03/24 kiçik yaş qrupunun səhnələşdirdiyi "Gülməlinin Nağılı" imtahan tamaşası uğurla nümayiş olunub. Balaca istedadların unudulmaz performansı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Dekabrın 11-də isə Azərbaycan İncəsənət Məktəbinin TKA 07/24 nömrəli böyük yaş qrupunun “Etüdlar” adlı imtahanı keçirilib. Kursun rəhbəri Xalq artisti Məmmədsəfa Qasımovdur.

Tamaşalar haqqında öz dəyərli fikirlərini bildirənlər arasında quruluş verilən nağılların müəllifi Gülzar İbrahimova, teatrşünas Dağlar Yusif, Respublikanın Əməkdar artisti Elman Rəfiyev, Xalq artisti Cəfər Namiq Kamal və başqaları yer alıblar. Onlar layihənin əhəmiyyətini, uşaqların performansını yüksək qiymətləndirdilər və qısa müddət ərzində tədris proqramının tələbələr tərəfindən uğurla mənimsənildiyinə diqqət çəkiblər.

Qeyd edək ki, “Aktyorluğu öyrən” layihəsinin əsas məqsədi uşaq və yeniyetmələr arasında peşəkar teatrın təbliği, müstəqil sənət təhsili sektorunun peşəkarlaşdırılması, bu istiqamətdə yeni və konseptual innovasiyaların effektiv tətbiqidir.

# 2509 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər