"AKİDocs" beynəlxalq layihəsi başa çatıb

"AKİDocs" beynəlxalq layihəsi başa çatıb
8 may 2025
# 12:30

Azərbaycan Kinematoqrafçılar İttifaqı 2025-ci il aprelin 1-də “AKİDocs – sənədli filmin inkişafı və pitçinq” beynəlxalq layihəsinə müraciətlərin qəbulunu elan etmişdi.

Kulis.az xəbər verir ki, 22-29 aprel tarixlərində baş tutan layihəyə 11 iştirakçı və 4 müşahidəçi qəbul olunmuşdu.

Sənədli filmlər üzrə mütəxəssis Tue Steen Müllerin mentorluğu ilə keçirilən layihə, həm də iştirakçıların juri önündə təqdimatı ilə başa çatıb. Jüri heyətinin tərkibi AKİ-nin icraçı katibi Əli İsa Cabbarov, rejissor və quruluşçu operatorlar Daniel Quliyev və Oktay Namazovdan ibarət idi.

Jürinin qərarına əsasən layihənin qaliblərini təqdim edirik.

Çəkilişə dəstək mükafatı – “Dado” – rejissor Azər Allahverdi

Xarici layihədə təqdimat etmək üçün səyahət dəstəyi mükafatı – “Səma köçəriləri” – rejissor Aytac Süleymanova, prodüser Elməddin Süleymanov

Pre-production + tizerə dəstək mükafatı – Adsız, yaddaş – rejissor Nərgiz Məmmədli, prodüser Ələmdar Faiq

Post-productin mərhələsinə dəstək mükafatı – Cahanın əlifbası – Rejissor Elcan Məmmədov, prodüser Zərif Bəkirova.

Logistika dəstəyi mükafatı – Mənim virtual evim – Rejissor Ülviyyə Əhmədova, prodüser Nicat Dadaşov

Pre-production mərhələsinə texniki dəstək mükafatı – Atılmış kənddə şirin xatirələr – rejisor Aynur Kazımova

Qeyd edək ki, layihənin qalibləri AKİ tərəfindən maliyyə və təşkilati dəstəklə təmin olunacaqlar.

# 96 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti:  "O, Müşfiqə görə Səməd Vurğuna şillə vurub"

Xalq artisti: "O, Müşfiqə görə Səməd Vurğuna şillə vurub"

15:18 8 may 2025
IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başlayır - Video

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başlayır - Video

15:10 8 may 2025
Xalq artisti:  "Bu dəqiqə abır-həya heç bir rol oynamır" - MÜSAHİBƏ

Xalq artisti: "Bu dəqiqə abır-həya heç bir rol oynamır" - MÜSAHİBƏ

15:07 8 may 2025
MEMİM tərəfindən elmi-praktiki seminar keçirilib

MEMİM tərəfindən elmi-praktiki seminar keçirilib

14:30 8 may 2025
“O ağlayıb əllərimi öpsə də, başqasını sevirdi” - Dostoyevskinin qısqanclıq faciəsi

“O ağlayıb əllərimi öpsə də, başqasını sevirdi” - Dostoyevskinin qısqanclıq faciəsi

14:15 8 may 2025
Kolbasa reklamına  çəkilən Rasim Balayev: "Kino yoxdur, məcburuq..."

Kolbasa reklamına çəkilən Rasim Balayev: "Kino yoxdur, məcburuq..."

13:50 8 may 2025
# # #