Akademik Musiqili Teatr "Tehran Times"da

Akademik Musiqili Teatr "Tehran Times"da
16 fevral 2022
# 18:10

"Tehran times" informasiya agentliyi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının nümayiş etdirdiyi tamaşalardan yazıb.

Kulis.az xəbər verir ki, "Tehran times" informasiya agentliyi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının İran İslam Respublikasında keçirilən 40-cı "Fəcr" Beynəlxalq Teatr Festivalındakı uğurlu iştirakından, həmçinin beynəlxalq tədbir çərçivəsində nümayiş etdirdiyi tamaşalardan yazıb.

Məqalədə Akademik Musiqili Teatrın "Bir nəfəs qədər" (rejissor Samir Qulamovun pyesi əsasında və quruluşunda) tamaşasının süjet xətti barədə oxuculara ətraflı məlumat verilir. Eyni zamanda Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadənin "Tehran Şəhər Teatrı" kompleksində bu tamaşanın nümayişindən əvvəl etdiyi çıxışından da bəzi məqamlar diqqətə çatdırılır:

"Bir nəfəs qədər" musiqili dramında ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfərdən bəhs edilir. Bu qələbəni bütün müsəlman dünyasının qələbəsi hesab edirik... Biz döyüşlərdə hər zaman əsgərlərimizə dəstək olmuşuq və onların şücaətindən bəhs etməklə bütün şəhidlərimizin xatirəsini yad edirik".

"Tehran taymz"da qeyd olunan materialda teatrın festivalda təqdim etdiyi digər tamaşa – görkəmli rus yazıçısı Fyodor Dostoyevskinin "Utancaq qız" povesti əsasında Xalq artisti Cənnət Səlimovanın quruluşunda səhnəyə qoyulan eyniadlı monotamaşa haqqında da məlumat verilir.

Yazıda qeyd olunan fikirlərdə teatrın "Fəcr" kimi nufuzlu bir festivalda iştirakı yüksək qiymətləndirilir, belə görüşlərin iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunur.

# 2538 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər