Ailə üzvlərini erkən yaşda itirdi, necə öləcəyini əvvəlcədən bildi - O, niyə heç vaxt evlənmədi?

Elçin Həmidov, Əməkdar artist, aktyor

Elçin Həmidov, Əməkdar artist, aktyor

4 mart 2023
# 21:00

Bu gün Əməkdar artist, aktyor Elçin Həmidovun anım günüdür. Kulis.az bu münasibətlə aktyor haqqında 10 maraqlı faktı təqdim edir.

1. Uşaqlığı çox ağır keçib. Əvvəlcə atasını, sonra anasını itirib. Əmisi Elçini və bacı-qardaşlarını himayəsinə götürüb.

2. Əmisinin evində Elçini daha ağır günlər gözləyirmiş. Az yemək verir, çoxlu işlədirlərmiş. Eyni zamanda onu səbəbli-səbəbsiz döyürlərmiş. Hətta bir dəfə əmisi Elçini döyəndə elə hala düşür ki, məcbur qalıb təcili yardım çağırırlar. Qohumlar Elçini hədələyiblər: onu kimin döydüyünü heç kimə deməsin! Elçin Həmidov öz müsahibələrinin birində həmin günləri xatırlayıb deyir ki, aclıqdan taqəti qalmırmış, yemək az yediyi üçün vitaminsizlikdən kirpikləri tökülürmüş.

3. Ata-anasının ölümündən sonra hələ tam özünə gələ bilməyən Elçin yeniyetməlik yaşında əvvəlcə bir qardaşını, daha sonra bacısını və bir qardaşını da itirib.

Gallery

4. O, kuryer, daha sonra isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işıqçı, fəhlə işlərində çalışıb.

5. Hacıbaba Bağırovla yaxın dost olub. Hacıbaba ondakı istedada arxayın olaraq, öz rollarını belə ifa etmək üçün Elçinə həvalə edib. Bu təklifi eşidən aktyor elə bilib ki, Hacıbaba Bağırov onunla zarafat edir. Hacıbaba Bağırov dünyasını dəyişəndə onun qızı hələ balaca olur. Elçin Həmidov gecələr Hacıbaba Bağırovun evinə zəng vuraraq onun azyaşlı qızına telefonla nağıllar danışarmış.

Əmisi evində döyülən, ac qalan, ağır işlər gördürülən Elçin Həmidov

6. Əsl bariton və soprano səsə malik olub. Tamaşalardakı çox musiqiləri özü ifa edib. Bir müddət sonra Elçin“Bakılı oğlanlar” komandasındakı parodiyaları ilə yaddaşlarda qalıb. O, Flora Kərimovanı, İlhamə Quliyevanı, Gülşən Qurbanovanı yüksək səviyyədə parodiya etməyi bacarırdı.

7. Şəkər və təzyiqdən əziyyət çəkir, məşqlərdə rolun sözlərini unudub aktyor heyətindən, rejissordan üzr istəyirmiş.

8. Elçin Həmidov heç vaxt ailə qurmayıb. Buna səbəb isə onun ölüm qorxusu olub. Həmişə deyirmiş ki, ciddi bir qadınla ailə qurmaq istəyirəm, amma qorxuram. Ölüb gedəcəm, o qadın yazıq tənha qalacaq. Aktyorun səhnədəki son rolu da Qoqolun “Evlənmə” tamaşasından olub.

9. Həmişə dostlarına deyirmiş ki, mən əlli yaşımı keçməyəcəm.

“Bizimkilər hamısı əlli yaşına qədər ölüb. Əlli yaşı keçsəm də, az sonra mənim ölümüm bağlı qapı arxasında olacaq və bundan sizin heç birinizin xəbəri olmayacaq. Gəlib qapımı döyəcəksiniz, açmayacam. Sındırıb içəri girəndə görəcəksiniz ki, ölüb ortalıqda qalmışam”.

10. Elçin Həmidovun dediyi kimi də olur. Ölümündən iki gün əvvəl dostları ilə telefonla danışır, onlara evdə tək qalmaqdan qorxduğunu, ürpəndiyini deyir. Martın beşində isə tamaşaya gəlmir. Təşviş keçirən adamlar onun evinə yollanırlar. Aktyor qapı və telefon zənglərinə cavab vermir. Qapını sındırmağa məcbur olurlar. Aktyoru evində ölü vəziyyət tapırlar. Məlum olur ki, irsi ürək xəstəliyindən əziyyət çəkən aktyor duş qəbul edəndə halı pisləşib, hamamdan çıxıb divardan tuta-tuta otağa keçmək istəyəndə əli boşluqda qalıb və yerə yıxılıb.

# 6342 dəfə oxunub

Oxşar xəbərlər

2026-cı ilin “Buker” mükafatına namizədlər məlum oldu – Siyahı

2026-cı ilin “Buker” mükafatına namizədlər məlum oldu – Siyahı

18:46 28 iyul 2026
Elşad Xose  psixiatriya xəstəxanasına yerləşdirildi

Elşad Xose psixiatriya xəstəxanasına yerləşdirildi

16:48 28 iyul 2026
Alan Türinqin heç kimin bilmədiyi hekayəsi tapıldı

Alan Türinqin heç kimin bilmədiyi hekayəsi tapıldı

16:33 28 iyul 2026
 "Bəyaz durnalar"  kitabı işıq üzü gördü

"Bəyaz durnalar" kitabı işıq üzü gördü

15:33 28 iyul 2026
Tarixin ən səs-küylü plagiat qalmaqalları – Məşhurlar necə ifşa olundu?

Tarixin ən səs-küylü plagiat qalmaqalları – Məşhurlar necə ifşa olundu?

15:00 28 iyul 2026
Elmlə dini necə barışdırmaq olar? – Qaydalara meydan oxuyan dahi

Elmlə dini necə barışdırmaq olar? – Qaydalara meydan oxuyan dahi

14:00 28 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər