Ağla, Xaçatryan, ağla, nə mənası var?

Ağla, Xaçatryan, ağla, nə mənası var?
13 oktyabr 2023
# 13:23

Kulis.az Ülvi Bahadırın "Terrorçunun göz yaşları" adlı yeni yazısını təqdim edir.


“Məni 3-4 erməni o qədər döymüşdü ki, elə bilmişdilər ölmüşəm, götürüb atmışdılar qarın üstünə. Çöldə don vurmuşdu məni, kirpiklərim bir-birinə yapışmışdı. Gözümü neçə saatdan sonra açmışam, onu təkcə göydəki Allah bilir. Ancaq gecə qaranlıqda gözümü açanda, məni saçımdan tutub sürüyən erməni dedi ki, “sən hələ ölməmisən?”. Hissiyyatım tamamilə yox idi, əlimi əlimə vururdum, heç nə hiss etmirdim. Bircə dilim tərpənirdi”.


Bu sözləri Xocalı qurbanlarından biri, o dəhşətləri iliyinə qədər yaşamış Dürdanə Ağayeva deyir.

Dediklərini oxuduqca adam boğulur, sıxılır, tikə-parça olur.

Bir millətin içində nə qədər kin, nifrət olmalıdır ki, başqa bir millətə bunu eləsin?

Necə, nə vaxt yığılıb bu nifrət?

Bu gün də baxıram ki, Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri – Xaçatryan Vaqif Çerkezoviç 32 ildən sonra Bakıda hakim qarşısına çıxarılıb.

Neyləsə yaxşıdı?

Ağlayır.

Hə, canım üçün.

Balaca uşaqlar kimi zülüm-zülüm ağlayır.

Təbii ki, bu göz yaşlarının arxasında nələr-nələr gizlənib.

Bu timsah göz yaşlarına inanan deyilik. İnanmamalıyıq.

Bizim ən böyük səhvimiz də bu olub həmişə.

Tez inanmışıq, tez unutmuşuq, tez bağışlamışıq.

Unudulmamalı olan şeyləri unutmuşuq.

Bağışlanmamalı olan şeyləri bağışlamışıq.

Xaçatryanın yalançı göz yaşları da bu qəbildəndir.

Elə bil ki, o qədər adamı öldürən, qadınlara, qızlara təcavüz eləyən bu deyil.

Əlinə fürsət keçsə, məhkəmə zalındakı hər kəsi bircə-bircə boğazlayar.

Quzu kimi oturmağına baxmayın.

Hamısı elədi.

Bizim müxbirlərə “erməni millət dəyil. Haaa, Allah haqqı haaaaa” deyənlər keçib Ermənistan tərəfdə dedilər ki, “O sözləri başımıza silah dirəyib dedirtirdilər bizə!”.

Budur onların mahiyyəti.

Özləri də gözəl bilir bunu. Biz də bilirik.

Bircəciyi mərd-mərdanə, başıdik deyil.

Hamısı kamera qarşısında şirə-pələngə dönmüşdü.

Az qalmışdı, Bakıyacan gəlirdilər.

İndi hansına baxırsan başıaşağı, üzütüpürcəkli, gözükölgəli…

Bütün terrorçuların sonu budur.

Bütün terrorçular əvvəl-axır o maşına oturdulacaq, o məhkəmə zalına gətiriləcək, o şeytan göz yaşlarını tökəcək.

Hamısı!

Bircə-bircə!

Xocalı bizim şahdamarımızdır.

Onunla bağlı iynə ucu boyda hadisə belə bizim ürəyimizin qaysağını qopardır.

Oranın görüntülərini görəndə qeyri-ixtiyarı ağladım. Uzun müddət idi ağlamırdım. Həm rahatlaşdım, həm də yenə də ürəyimi kədər əsir aldı.

Gedənlər heç vaxt qayıtmayacaqlar.

Meşələrdə donub ölən körpələrin ruhu dolaşır Xocalıda.

Ümid eləyirəm ki, gecikdiyimizə görə bizi bağışlayacaqlar.

Ömrümüz o dəhşətləri yaşayanları dinləməklə, kitabları oxumaqla keçdi.

Kəlbəcərli Əli var qonşuluğumuzda…

İşğal zamanı anası ilə ermənilərdən qaçanda, meşədə Əlini don vurub.

Onu yerişindən, addım səslərindən tanıyıram.

Bir də mülayim səsindən…

Ruhunu o qarlı meşənin havası ilə tərtəmiz eləyib…
Xaçatryanın şəklinə baxanda gözümün qabağına Əlinin portreti gəldi.

Unutqan xalq olduğumuz haqqında çox deyib, çox danışıblar.

Ümid eləyirəm ki, bu dəfə belə olmaz.

Ümid eləyirəm ki, bu dəfə başımıza gətirilənləri unutmarıq.

Terrorçunun gözyaşları gələcək faciələrin addım səsləridir.

# 10181 dəfə oxunub

Oxşar xəbərlər

"Məsuliyyətini daşıya biləcəyin fikrin adamı ol"  - Ahmet Hamdi Tanpınardan sitatlar

"Məsuliyyətini daşıya biləcəyin fikrin adamı ol" - Ahmet Hamdi Tanpınardan sitatlar

18:17 23 iyun 2026
"Həyat cəhənnəmdir, amma ölüm daha betərdir..." - Amerikalı şairdən aforizmlər

"Həyat cəhənnəmdir, amma ölüm daha betərdir..." - Amerikalı şairdən aforizmlər

17:30 23 iyun 2026
Parisdə məşhur qrupun konserti yarımçıq qaldı: Şəhərdə işıqlar söndü

Parisdə məşhur qrupun konserti yarımçıq qaldı: Şəhərdə işıqlar söndü

16:30 23 iyun 2026
Selin Diondan yeni fransızdilli mahnı

Selin Diondan yeni fransızdilli mahnı

16:10 23 iyun 2026
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada

Azərbaycan və Türkmənistan prezidentləri Şuşada

15:15 23 iyun 2026
Tanınmış rejissorun 65 illiyi qeyd edildi

Tanınmış rejissorun 65 illiyi qeyd edildi

14:20 23 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər