Toya nə qədər pul salaq? - Ayxan Ayvaz yazır...

Toya nə qədər pul salaq? - Ayxan Ayvaz yazır...
13 iyul 2021
# 12:00

Toylar başladı!

Neçə vaxtdır yazdım, səsimi başıma atdım ki, toyları açın, yoxsa bu camaatı faciə gözləyir.

Axırı, səsimi eşitdilər.

Mənim də işimə-gücümə bax, sən Allah! Nəşriyyat sisteminin yaradılmasını bu cür istəsəydim, bəlkə ona da əncam çəkərdilər. Mən də toyun ətəyindən yapışmışdım.

Ancaq bunun da səbəbi var. Razılaşaq ki, bizim əyləncə anlayışımız toyla məhdudlaşır. Pandemiya dövründə "ax, kaş toy olaydı, oynayardıq, kababdan yeyərdik" deyən o qədər həmvətənlimizi görmüşdüm ki, sözün açığı bir az da ona görə toyların açılmağını gözləyirdim.

Bizdə toy həm də qazanc yeridir axı. Yəni milli-mənəvi dəyərlər, ənənə filan öz yerində. Əsas məsələ həm də sosial məsələdir. İnsanların çoxusu toylarla ailə saxlayır. Elə mənim sinif yoldaşım. Operator işləyirdi. Pandemiya çıxandan ora-bura vurnuxur, evinə bir tikə çörək aparmaq üçün hər cür işin altına girirdi. İndi toyların başlaması onun əvvəlki iş yerinin bərpası deməkdir.

Toy həm də bizim ünsiyyət vasitəmizdir. Biz dostlarla, qohumlarla toy vasitəsilə ünsiyyət qurur, mehribanlaşırıq. Elə qohumumuz olub ki, onu toyda tanımışam. Hətta o qohumlarımı ancaq toydan toya görmüşəm. Uşaq vaxtı elə bilirdim ki, bu qohumlar şadlıq saraylarına qoyulan əşyalar kimidir: nə vaxt gəlsən, onları yerində taparsan.

Toylar bizim milli xarakterimizdir. Bizim qalan tədbirlərimizi də matryoşkaya bənzətmək olar: toylarla oxşardılar, bircə boyları fərqlidir. Kitab təqdimatları, rəsm sərgiləri, konsert və s. Toy estetikası ayaq tutub hər yerdə özünə bardaş qurub. Hələ pandemiyada toylar olmadığına görə möhkəmcə onun həsrətini çəkdik və çalışdıq ki, olduğumuz yeri toyxanaya çevirək. Bu yaxınlarda bir xanım qızın kitab təqdimatının video-roliki çıxdı qabağıma. Toy kasetlərinə yazılan o məzmunsuz xoşbəxt musiqi var ha, bax eynisi təqdimatın videosunun fonunu bəzəmişdi. Sonra da deyirlər, niyə Ayxan imza günlərini toyxanaya oxşadır?

Artıq məni də toylara çağırıblar. Hələ vaxt yetişməyib. İndidən toy yiyələri narahatdırlar. Birdən yenə hər yeri qapadarlar. Onda nə olacaq? Hətta eşitdiyimə görə, yaxın adamı vəfat edən biri də çarəsiz toy eləmək niyyətindədir. Deyiblər, çal-çağır az olar, rəhmətliyi nəzərə alarsan, vəssalam. Yəqin rəhmətlik də vəziyyəti başa düşər.

İstəsək də, istəməsək də pandemiya bizi çox dəyişdi. Həm xarakter baxımından, həm də ənənəvilik, millilik baxımından. Camaatı da qınamaq olmur, nə etsinlər, doğrudan da o kabus təzədən qayıtsa və nə vaxta qədər çəkəcəyi bilinməsə, o zaman nə edəcəklər?

Bəs, görəsən toylar dəyişibmi?

Pandemiya toylarımızın alqoritmasını dəyişib başqalaşdırdımı?

Bilmirəm. Yoldaşım da yazını yazdığım vaxtdan eyni sualı qırx dəfə təkrarlayıb: "Nə qədər pul salaq toya? Cavab ver də..."

Üzürlü sayın, yazını saxlamaq məcburiyyətindəyəm. Gələn yazılarda görüşərik!

# 4024 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #