Paytaxtımızda parad sevinci

Paytaxtımızda parad sevinci
10 dekabr 2020
# 10:01

Bu gün Bakıda zəfər münasibətilə hərbi parad keçirilir.

Ömrümüzü sürətlə gözdən keçirsək görərik ki, bu parad, bu şölən indiyə kimi qeyd etdiyimiz ən əhəmiyyətli, ən böyük bayramdır.

Yadıma düşür, 2001-ci ildə “Türkiyə şahinləri” (qırıcı təyyarələri) Bakının səmasında uçmağa gələcəkdilər. Məhəllə uşaqları ilə stadionda futbol oynayırdıq. Qırıcıların gəlməsinə az qalmış futbolu saxladıq. Məhəlləmizin ən hündür yerlərinə, evlərin eyvanlarına, damlarına çıxıb gözləməyə başladıq.

Təxminən on-on beş dəqiqə idi gözləyirdik, amma səmada tək-tük görünən göyərçinlərdən başqa heç nə yox idi. Aramızda ümidsizliyə qapılanlar var idi ki, deyəsən gəlməyəcəklər.

Elə mən də tam ümidimi üzürdüm ki, birdən dostumun sevincli qışqırığını eşitdim:

- Gəlirləəəəər! Gəlirləəəər! Allah haqqı gəlirləəər!

Səmanın lap uzaq üfüqündə qara nöqtələr görünürdü. Get-gedə böyüyən nöqtələrin səsi özünü kiçik Badamdar dağına çırpıb bütün şəhərə yayılırdı.

Bütün uşaqlar sevinclə qışqırışırdıq.

- Gəldiləəəəəər! Tür-ki-yəəə! Tür-ki-yəəəə!

Böyüklər bizim kimi qışqıraraq sevinməsələr də, onların da üzündən sevinc, xoşbəxtlik aşkar hiss olunurdu. Hətta, mənə elə gəlirdi ki, onlar bizim daha ucadan bağırmağımızı, daha bərkdən sevinməyimizi istəyirdilər.

Qırıcılar bizim başımızın üstündən uçanda elə bilirdik, onu idarə edən pilotu da görəcəyik, bizə əl sallayacaq, göz qırpacaq. Hətta aramızda pilotu gördüyünü deyənlər də olurdu.

Qırıcılar məhəlləmizin üstündən keçib kiçik Badamdar dağının arxasında gözdən itirdi. Biz də onları daha yüksək səslə geri çağırmağa başlayırdıq. Özlərindən əvvəl səsləri gəlirdi və biz bilirdik ki, indi yenə dağların arxasından çıxacaqlar.

Onlar səmada rəqs edərək, Azərbaycan bayrağının rənglərini havaya cızanda daha da coşurduq:

- A-zər-bay-can! A-zər-bay-can!

Biz uşaq ağlımızla dərk edirdik ki, bizə dayaq olan, dəstək olan qardaşımız var.

Hətta istəyirdik ki, bu qırıcılar birbaşa Qarabağa uçub düşmənlərimizi bombalasınlar.

Qarabağı azad etsinlər.

Bugünkü parad üçün gedən məşqlərdə Türkiyə mehmetçiyini görəndə də belə sevindim.

Ən sevindiricisi isə odur ki, indi uşaqlar öz əsgərlərimizə baxıb fəxr edir. Öz oğullarımıza, öz qardaşlarımıza, atalarımıza, öz qırıcılarımıza, öz tanklarımıza baxıb sevinirlər.

İndiki uşaqlar daha xoşbəxtdirlər, çünki onların ordusu gördükləri ilk müharibədə qalib gəldi.

Onlar qalib ölkənin uşaqlarıdır!

Onların əsgəri müzəffər əsgərdir, onların ordusu müzəffər ordudur.

Gəlin, bir yerdə bağıraq, bir yerdə sevinək, uşaqlar!

# 5055 dəfə oxunub

Oxşar xəbərlər

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

18:00 30 oktyabr 2026
XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

17:30 30 oktyabr 2026
Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

16:30 30 oktyabr 2026
Devid Bouinin  yayımlanmayan konsert filmi nümayiş olunacaq

Devid Bouinin yayımlanmayan konsert filmi nümayiş olunacaq

15:30 30 oktyabr 2026
“Deutsche Börse Photography Foundation Prize 2027”  mükafatının qısa siyahısı açıqlandı

“Deutsche Börse Photography Foundation Prize 2027” mükafatının qısa siyahısı açıqlandı

15:00 30 oktyabr 2026
Rusiyalı gənc rəssam vəfat etdi

Rusiyalı gənc rəssam vəfat etdi

14:45 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər