Özünü zorla koronavirusa yoluxduran qonşumuz

Özünü zorla koronavirusa yoluxduran qonşumuz
31 mart 2021
# 11:14

Artıq bir ildir davam edən COVİD-19 virusu bütün həyatımızı alt-üst edib. Dünya iqtisadiyyatından tutmuş insan psixologiyasına qədər hər şeyə zərər verən bu virusla daha ciddi mübarizə aparmalıyıq, yoxsa, bu andır təqvimimizin çox günlərini məhv edəcək.

Virusla mübarizənin ən yaxşı üsulu isə ehtiyatlı olmaq və gigiyenik qaydalara riayət etməkdir. Əslində bu ehtiyat tək pandemiya dönəmində yox, digər vaxtlarda da əldən yerə qoyulmamalıdır. Gigiyenik qaydalara əməl etmək də bütün zamanlar üçün zəruridir.

Çöldən evə qayıdanda əl-üzümüzü yaxşıca yumaqdan tutmuş asqıranda, ya öskürəndə ağzımızı bağlamağa kimi bütün primitiv və vacib qaydalara daim riayət etməliyik.

Rüstəm adında bir qonşumuz var idi. Pandemiya söhbətləri başlayandan bütün xəbərlərə barmaqarası baxırdı. Ən adi qaydalara əməl etmirdi. Onu ancaq məhəllədə görürdüm və xatırladığım qədəri heç vaxt ağzında maska olmurdu.

Yalnız bir-iki dəfə marketdə rastlaşanda maska taxdığını görmüşdüm. Əmin idim ki, məcburiyyətdən taxır.

Həm cərimələnmək qorxusu, həm də maskasız marketə daxil ola bilməmək!

Hər dəfə kiminləsə üz-üzə gələndə, tez maskasını aşağı sürüşdürüb söhbətinə elə davam edirdi. Bu hərəkətiylə virusa inanmadığını, ya da ondan qorxmadığını nümayişkaranə şəkildə göstərirdi.

Pandemiyanın ən qızğın vaxtlarında qonşuda yas düşdü. Özü də mərhum elə koronavirusdan dünyasını dəyişmişdi. Qadağan olunsa da, yas kimi bir adətin, ən azından ziyarətin qarşısını almaq demək olar ki, qeyri-mümkündür. Hətta pandemiya dönəmində baş verənlər onu göstərir ki, koronavirus nəinki yas, hətta toy və nişan kimi adətlərin qarşısını tamamilə almaq iqtidarında da deyil.

Əlqərəz...

Qonşuda yas düşdü və Rüstəm kişi ora gedənlərdən biri oldu. Mənə də sonradan dedilər, ailədə Rüstəm kişi yasa getməsin deyə çox dil töküblərmiş. Həm yaşı çox idi, həm də sağlamlığında problemlər vardı.

Rüstəm kişi yasa ilk gedib ən sonda çıxanlardan olub. Yas boyu da maskadan istifadə eləməyib. Yasdakılar ona irad bildirəndə mızıldanaraq bəlkə altı ay əvvəl aldığı əzik-üzük, rəngi kirdən qaralmış maskasını cibindən çıxarıb yalandan çənəsinə keçirir, uzağı bir balaca ağzına tərəf çəkirmiş.

Sonra bir gün Rüstəm dayının yaxın qohumlarından biri də bu virusa yoluxdu. Xəbəri eşidən kimi xəstə ziyarətinə gedəcəyini beynində qətiləşdirdi.

Məncə, məqsədi ziyarətdən daha çox virusdan qorxmadığını bir daha sübut etmək idi.

Yenə ailə üzvləri onu nə qədər bu fikirdən yayındırmağa çalışsalar da bacarmamışdılar. Xəstə ziyarətini elədi, hətta xəstə ilə oturub çay da içiblərmiş. Bunu da xəstə ziyarətindən qayıdandan sonra özü fəxarətlə danışmışdı.

Allah adamı bir dəfə qoruyur.

Yasda Rüstəm kişini virusdan qoruyan Tanrı xəstə ziyarətində qorumadı. Bəlkə də ibrəti-aləm üçün qorumadı.


Hadisədən bir-iki gün sonra Rüstəm kişi virusa yoluxdu. İlk günlərdə öz xəstəliyi ilə məzələnirmiş. Deyirmiş, adi qripdir, bir-iki günə keçəcək. Hətta test verməyə belə lüzum görmürmüş, amma bu dəfə onu birtəhər razı sala biliblər. Çünki özü də görüb ki. bu xına o xınadan deyil.

Test nəticəsi “pozitiv” çıxmışdı.

Ciyərlər də dolu kristal...

Və Rüstəm kişinin bədənindəki bütün xəstəliklə xorla çığırışmağa başladı.

Reanimasiyaya düşdü.

Təxminən bir həftə sonra ölüm xəbəri gəldi.

Ailəsi yas vermədi.

Qonşulardan biri söylədi: Rüstəm kişi özünü zorla koronavirusa yoluxdurdu!

# 4454 dəfə oxunub

Oxşar xəbərlər

Rejissor Kənan MM və yazıçı Orxan Saffari arasında barışıq əldə olunub - YENİLƏNİB

Rejissor Kənan MM və yazıçı Orxan Saffari arasında barışıq əldə olunub - YENİLƏNİB

18:27 19 fevral 2026
Parisdəki "sehrbaz otağı" - Bretonun evindəki şaman maskalarının gizli sirri

Parisdəki "sehrbaz otağı" - Bretonun evindəki şaman maskalarının gizli sirri

18:00 19 fevral 2026
Həyat yoldaşı Andre Jidin gizli meyillərini öyrənəndə nə etmişdi?

Həyat yoldaşı Andre Jidin gizli meyillərini öyrənəndə nə etmişdi?

17:15 19 fevral 2026
"Kənan MM-in ağız boşluğunda yuva salmış bu üfunət bir az da..." - Babək Məmmədli

"Kənan MM-in ağız boşluğunda yuva salmış bu üfunət bir az da..." - Babək Məmmədli

16:24 19 fevral 2026
"Səhərə qədər üstümə təcili yardım gəlib" - Kənan MM Orxan Saffari ilə qalmaqalından danışdı

"Səhərə qədər üstümə təcili yardım gəlib" - Kənan MM Orxan Saffari ilə qalmaqalından danışdı

15:47 19 fevral 2026
Beynəlxalq Qadınlar Günündə konsert prqoramı

Beynəlxalq Qadınlar Günündə konsert prqoramı

14:17 19 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər