Özbəkistanın məşhur qrupu Şuşada konsert verəcək

Özbəkistanın məşhur qrupu Şuşada konsert verəcək
11 fevral 2021
# 18:27

Özbəkistanın məşhur “Özbegim Yoshları” musiqi qrupu Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhərində bu il konsert proqramı ilə çıxış edəcək.

Kulis.az xəbər verir ki, bu barədə Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasovla “Özbegim Yoshları” musiqi qrupunun bədii rəhbəri, Əməkdar mədəniyyət işçisi Lütviyyə Ruzibayevanın görüşündə razılıq əldə olunub.

Görüşdə Özbəkistanda gənclər hərəkatının əsas qüvvəsi olan “Barkamol ovlad” təşkilatı ilə əməkdaşlıq, özbək mədəniyyətini dünyada tanıdan “Özbegim Yoshları” musiqi qrupunun Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihələri haqqında söhbət açılıb, əməkdaşlığın uğurla davam etməsindən məmnunluq ifadə ollunub.

Lütviyyə Ruzibayeva “Özbegim Yoshları” musiqi qrupunun dünyanın 30-dan çox ölkəsində keçirilən beynəlxalq festivallarda iştirak etdiyini və çoxsaylı mükafatlara layiq görüldüyünü söyləyib. Musiqi qrupunun özbək mədəniyyətinə, musiqisinə dair möhtəşəm təqdimatlar keçirdiyini və qrupda özbək musiqisinin bütün sahələrinin - vokal, estrada, makom, şərq rəqslərinin yer aldığını qeyd edib.

“Özbegim Yoshları” musiqi qrupu hər il ənənəvi olaraq Daşkənddəki “Türkistan” sarayında AMM-in təşkil etdiyi konsert proqramı ilə çıxış edir.

Samir Abbasov 28 il işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsindən danışıb, mədəniyyət sahəsinə də böyük ziyan dəydiyini söyləyib, yüzlərlə mədəniyyət müəssisəsinin, tarixi abidənin işğalçı Ermənistan ordusu tərəfindən dağıdıldığını və məhv edildiyini bildirib. O, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğalçılardan azad edildiyini vurğulayıb.

Bundan başqa, Azərbaycan Respublikasının musiqi və folklor qrupları ilə əməkdaşlıq əlaqələrinin yaradılması, gələcəkdə birgə layihələrin icrası məsələləri də müzakirə olunub./azertag.az/

# 3173 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər