Kukla teatrının direktoru beynəlxalq festivalda

Kukla teatrının direktoru beynəlxalq festivalda
27 fevral 2020
# 18:39

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru, UNİMA Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə növbəti beynəlxalq sənət festivalından qayıdıb. O, ölkəmizi IX Monodram Tamaşalar Festivalında fəxri qonaq qismində təmsil edib.

Gallery

Kulis.az xəbər verir ki, teatrların beynəlxalq əlaqələrinin genişləndirilməsi, yeni yaradıcılıq təşəbbüslərinin dəstəklənməsi və təcrübə mübadiləsinin təmin edilməsi məqsədilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan səfər 20-24 fevral tarixlərini əhatə edib.

Birləşmiş Ərəb Əmirliklərinin Əl-Füceyra əmirliyində iki ildən bir baş tutan bu sənət tədbiri III Əl-Füceyra İncəsənət Festivalı çərçivəsində keçirilir.

Əmirliyin Mədəniyyət və Media Müvəkkilliyinin təşkil etdiyi tədbir əsasən ərəb dövlətləri olmaqla ümumilikdə dünyanın fərqli qütblərindəki teatr, musiqi, sənət adamlarını bir araya gətirir. Hər il öz əhatə dairəsini daha da genişləndirən sənət bayramında bu dəfə 60 ölkədən 600 nəfərdən çox iştirakçı öz yaradıcılıq imkanlarını nümayiş etdiriblər.

Festival çərçivəsində tamaşaların nümayişi və mükafatlandırılması ilə yanaşı seminarlar, forumlar, kitab təqdimatları, konsertlər də təşkil olunur.

Xatırladaq ki, festivalın təşkilində əsas məqsəd ərəb dünyasında o qədər də tanınmayan monodrama diqqət çəkmək və onu bir sənət növü kimi daha da inkişaf etdirməkdir.

Səfər təəssüratlarını bölüşən Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə bu kimi sənət tədbirlərinin fərqli mədəniyyətləri birləşdirən körpü olduğunu deyir: “Bu festivalda artıq üçüncü dəfədir ki, iştirak edirdim. Qısa zamanda populyarlıq qazanan, ən fərqli sənət istiqamətlərini bir səhnədə birləşdirən bu tədbir də möhtəşəmliyi ilə diqqət çəkdi. Zəngin proqram, rəngarəng nümayişlər, müxtəlif teatr estetikalarından seçkin nümunələr və ən əsası nüfuzlu sənət adamlarını, teatr təmsilçilərini bir araya gətirməsi baxımından çox maraqlı və yaddaqalan oldu.

Qlobal mədəniyyət hərəkatında diqqətəlayiq töhfə olan, baxımlı yaradıcılıq məhsulları təqdim edən bu festivalın digər önəmli cəhəti ərəb dünyasının məşhur sənət adamlarını dünyaya tanıtmaqdır ki, hər dəfə onlardan birinin şərəfinə mükafat təsis edilir və qalib iştirakçılara təqdim olunur.

Hər bir festival kimi bu tədbir də bizim üçün yeni yaradıcılıq əlaqələrinin qurulması, qarşılıqlı təcrübə mübadiləsinin reallaşması və növbəti əməkdaşlıq üçün körpü rolunu oynayırdı. Mən də teatrımız adına bu fürsətdən maksimum istifadə etməyə çalışdım”.

Vyetnam, Hindistan və Tunisdən olan teatr təmsilçiləri ilə danışıqlar apardığını deyən R. Əhmədzadə müştərək layihələr üzərində işləyəcəyini də qeyd edib.

# 3232 dəfə oxunub

Oxşar xəbərlər

Arxivdə tozlanan opera və yarımçıq qalmış ömür - Elza İbrahimovaya kimlər mane olurdu?

Arxivdə tozlanan opera və yarımçıq qalmış ömür - Elza İbrahimovaya kimlər mane olurdu?

12:00 10 yanvar 2026
Can Yaman narkotikə görə saxlanıldı

Can Yaman narkotikə görə saxlanıldı

11:49 10 yanvar 2026
Barat Vüsal:  "Siyasətin əlində polad qılınc var, ədəbiyyatın isə..."- Müsahibə

Barat Vüsal: "Siyasətin əlində polad qılınc var, ədəbiyyatın isə..."- Müsahibə

11:00 10 yanvar 2026
Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

18:21 9 yanvar 2026
"Qarabağ hadisələrinin qızğın məqamı olsa da..." - Paracanov "Aşıq Qərib"i niyə çəkdi?

"Qarabağ hadisələrinin qızğın məqamı olsa da..." - Paracanov "Aşıq Qərib"i niyə çəkdi?

17:44 9 yanvar 2026
“Sarı gəlin” İranda erməni mahnısı kimi təqdim edildi - Agentlikdən münasibət

“Sarı gəlin” İranda erməni mahnısı kimi təqdim edildi - Agentlikdən münasibət

17:00 9 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər