Kənddə mədəniyyət günləri

Kənddə mədəniyyət günləri
10 avqust 2021
# 10:58

Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə keçirilən “Kəndlərdə mədəniyyət günləri” layihəsi çərçivəsində Siyəzən rayonunun Məşrif kəndində “Vətənimin seyrinə çağırıram elləri” adlı musiqili ədəbi-bədii tədbir keçirilib.

Məşrif, Qalaaltı və Qozağacı kənd klub və kitabxanalarının birgə təşkil etdiyi tədbirdə kəndlərin adət-ənənəsi, sənətkarlıq, mətbəx nümunələri, rəsm və əl işləri, həmçinin dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin, görkəmli saz-söz ustadı Aşıq Ələsgərin əsərlərindən ibarət kitablar nümayiş olunub.

Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, mədəniyyət işçiləri, kənd ziyalıları və ağsaqqallar iştirak edib. Çıxış edənlər şanlı Ordumuzun torpaqlarımızı işğaldan azad etməklə müasir tariximizdə zəfər salnaməsi yaratdığını qeyd ediblər. Sonra vətənpərvərlik mövzusunda mahnılar, şeirlər səsləndirilib.

Gənc rəssamların əl işləri də tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

# 3080 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər