Kişiyə çevrilməyə məcbur olan tələbə yoldaşım – Könül Cəfərli yazır...

Kişiyə çevrilməyə məcbur olan tələbə yoldaşım – Könül Cəfərli yazır...
14 iyul 2021
# 11:33

Kulis.az Könül Cəfərlinin “Kişi kimi qadınların faciəsi” yazısını təqdim edir.

Yəqin razılaşarsınız ki, cəmiyyətimizdə ən yaxşı qadın etiketi “kişi kimi qadın” olmaqdır. Azərbaycan kimi patriarxal toplumlarda qulağa xoş gələ bilər, amma qadın qadın olmaq üçün doğulur. Fərqində olmasanız da, heç bir qadın firavan həyatdan kişiləşmir. Məcburi öhdəliklər, üzərinə atılan məsuliyyətlər, ayaqda qalmaq üçün verdiyi savaşlar onu qadın olmaqdan çıxarır. Hər gün qadınlığını bir az daha çox itirərək, sizlərin çox bəyəndiyi kişi kimi qadına çevrilir.

Kişi kimi dediyiniz qadından qadın kimi xoşbəxt olub-olmadığını soruşubsunuzmu? Seçim imkanı olsaydı, nəyi seçərdi, həyatını kişi, yoxsa qadın kimi yaşamağı?

Gülarə adlı bir tələbə yoldaşım vardı. O qədər zərif qız idi ki! Zarafatla adına “Naznaz” deyirdik. İllər sonra təsadüfən bir mağaza rastlaşdıq. Zorla tanıdım. Elə bil o incə qızın içinə bir kişi yerləşmişdi. Danışığı, hərəkətləri ilə bildiyiniz erkək Fatma! Sən demə, yoldaşı Gülarəni 3 uşaqla atıb, Rusiyaya gedib. Qız təkbaşına həm müəllimlik edir, həm də mal-qara saxlayaraq balalarına baxır. Barmaqlarından ikisi yox idi. İnək açılıb qaçanda kəndir əlinə dolaşıb, qızı sürüyəndə barmaqlarının ikisini qoparıb. Belinə düşən uzun saçlarını soruşdum. Dedi ki, yoldaşım gedəndən saçıma-başıma baxmıram, evdə kişi yoxdur, adıma söz çıxar. Qısası, camaatın ağzından qorunmaq üçün kişi olmağa sığınıb. Bu cür nə qədər nümunə çəkə bilərəm.

Dediyim o ki, kişiləşmiş Gülarələr xoşbəxt yox, həyatın fürsət vermədiyi, qadın kimi yaşamağa şansı olmayan qadınlardır.

Bəzən qadın kimi yaşamağa şansı olan həmcinslərimlə də rastlaşıram. Baxırsan, hər halından qadınlıq yağır. Yaxından tanıyanda görürsən ki, həyatını sırf qadın kimi yaşayır, üzərində heç bir kişi öhdəliyi və məsuliyyəti yoxdur. Ailəsinin ancaq xanımı, övladlarının isə ancaq anasıdır. Nə kişi işlərinə qaçır, nə də balalarına atalıq edir.

Qadını qadın kimi saxlayan onu kişi olmağa məcbur edən halların olmamasıdır. Bir həmkarım yazmışdı: “Qadın güclü ola bilir. Amma onu güclü olmağa məcbur edənləri heç vaxt bağışlamır”.

Qadınlara güclü yox, xoşbəxt olmaq lazımdır.

Heç bir qadın kişi kimi olmaq məcburiyyətində qalmasın!

Güclü olmaq çox qadının öz seçimi deyil, həyatın gətirdiyi ağırlıqdır. Bəzəyib-düzəyib adına “kişi kimi” deyirik. Amma güclü dediyimiz qadınların əksəriyyəti qadın kimi xoşbəxt deyil, qadınlığını tam yaşaya bilməyən yarımçıq qadınlardır...

# 4350 dəfə oxunub

Oxşar xəbərlər

Pelevinin yeni kitabı yaxın günlərdə satışda:  Mövzu Cefri Epşteynin adasıdır...

Pelevinin yeni kitabı yaxın günlərdə satışda: Mövzu Cefri Epşteynin adasıdır...

18:08 10 aprel 2026
Südabə Sərvinin yeni kitabı çap olundu

Südabə Sərvinin yeni kitabı çap olundu

17:33 10 aprel 2026
İlham Əzizin romanı təqdim olunacaq

İlham Əzizin romanı təqdim olunacaq

17:30 10 aprel 2026
"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda

"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda

17:15 10 aprel 2026
Məşhur aktyorun evində narkotik tapıldı

Məşhur aktyorun evində narkotik tapıldı

16:16 10 aprel 2026
Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzində zəngin musiqi irsimiz nümayiş olundu

Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzində zəngin musiqi irsimiz nümayiş olundu

14:45 10 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər