Kişiləri öldürüb özü uzun yaşayan qadınlarımız: Dəhşətli statistika

Kişiləri öldürüb özü uzun yaşayan qadınlarımız: Dəhşətli statistika
15 yanvar 2021
# 13:29

Ölkəmizdə yaşı yüzdən çox olan pensiyaçıların sayı açıqlandı: 400 nəfər.

Maraqlısı isə odur ki, bu 400 nəfərin yalnız 27-si kişilər, 373-ü qadınlardı. Fərq çox böyükdür, fantastikdir və belə fərqin təsadüfi olduğunu demək olmaz.

Fakt budur ki, bütün dünya üzrə qadınlar kişilərdən daha çox yaşayır. Buna Ümumdünya Səhiyyə Təşkilatının statistik göstəricilərindən də əmin ola bilərsiniz.

Yaxşı, bəs qadınların kişilərdən daha uzun ömürlü olmasının səbəbi nədir?

Mütəxəssislər buna fərqli səbəblər göstərirlər: genetika, hormonlar, rüşeymlər, iş, həyat tərzi və s.

Amma belə görürəm ki, heç kim həqiqəti demək istəmir.

Hətta elm də qadınlara sözün düzünü deyib onları qəzəbləndirməkdən qorxur.

Mən isə qorxmuram və əslində hamımızın bildiyi həqiqəti deyəcəm.

Kişilərin daha az yaşamağının, daha doğrusu, tez ölməyinin ən əsas səbəbi qadın deyingənliyidir. Hətta əminəm ki, 100 yaşı keçən o 27 kişi pensiyaçının ən azı 80-90 faizi həyat yoldaşını erkən itirib və sonra bir də evlənməyib.

Məşhur fransız yazar Madam De Stallın “Mən xoşbəxtəm ki, kişi deyiləm...” sözləri ilə başlayan fikri yadıma düşür. Madam, De Stall həmin fikrini bu cür tamamlayır: “...Yoxsa bir qadınla evlənməli olardım.”

Məncə, bu, bir qadının edə biləcəyi ən böyük etirafdır.

Əlbəttə, bizim xanımlar, xüsusən də feminist olduğunu iddia edən xanımlar, heç vaxt belə bir etiraf etməzlər. Eybi yox, bunu etiraf etməsələr də onların da həqiqəti bildiyinə əminəm.

Hətta fikir versəniz, çox vaxt xanımlar özləri də bu xasiyyətlərinə lağ edirlər, gülürlər.

Başa düşmürlər ki, iş zarafatdan keçib və çox ciddiləşib, adamlar ölür... ölür...

Dağ kimi kişilər deyingən qadınların çənəsi altından sağ çıxa bilmir.

Kimsə artıq kişilərə qarşı bu şiddətə dayan deməlidir!

Bu mənəvi və elə fiziki təcavüzə son qoyulmalıdır, yoxsa, belə davam etsə, kişilər heç 50-ni də keçə bilməyəcəklər.

# 14422 dəfə oxunub

Oxşar xəbərlər

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

18:00 30 oktyabr 2026
XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

17:30 30 oktyabr 2026
Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

16:30 30 oktyabr 2026
Devid Bouinin  yayımlanmayan konsert filmi nümayiş olunacaq

Devid Bouinin yayımlanmayan konsert filmi nümayiş olunacaq

15:30 30 oktyabr 2026
“Deutsche Börse Photography Foundation Prize 2027”  mükafatının qısa siyahısı açıqlandı

“Deutsche Börse Photography Foundation Prize 2027” mükafatının qısa siyahısı açıqlandı

15:00 30 oktyabr 2026
Rusiyalı gənc rəssam vəfat etdi

Rusiyalı gənc rəssam vəfat etdi

14:45 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər