Dilqəmlə Şahbazın şəklinə baxmaq - Ayxan Ayvaz yazır...

Dilqəmlə Şahbazın şəklinə baxmaq - Ayxan Ayvaz yazır...
15 dekabr 2020
# 11:03

Əsirlikdən dönmüşəm anacığım; öz məmləkətimdə düşmən qalasında...

Nazim Hikmət

Koronanın qılıncının dalının da, qabağının da kəsdiyi, şəhid və yaralıların şəkillərinin yayıldığı dönəmdə hamımızı sevindirən bir xəbər özünü yetirdi: neçə ildir əsirlikdə olan Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə qayıtdı.

Təyyarənin qarşısında durmuş, üzündə əsirliyin ağrısı ilə xilas olmağın sevincini eyni anda daşıyan bu iki adamın şəkildən bizə ötürdüyü mesaj çox gözəldir: itirdiyin, uduzduğun hər şey bir gün sevgiyə çevrilib sənin olacaq!

Dilqəmlə Şahbaz hardan bilərdilər ki, bir gün arzuladığımız, həsrətini çəkdiyimiz torpaqlar geri alınacaq, bütün daşlar yerinə oturacaq və onlar yenidən öz Vətənlərinə dönəcəklər.

Biz "Fəryad" filmindən əsirliyin ağrı-acısını hiss etmişdik. Doğrusu, bu şəkil mənə o ağrı-acının faktı kimi daha təsirli gəldi. Öz yurdunda, öz torpağındasan, ancaq düşmən qalasında!
Sanki səni öz evində dustaq ediblər. Hər şey sənə doğmadır - torpaq, ağaclar, külək, yağış, bircə sənin yan-yörəndəki insanlar yaddır. Evinin içindəsən, ancaq başının üstündə başqa adamlar var. Sən o adamların dediyi ilə oturub-durur, onların kinayəli baxışlarıyla, sərt hərəkətləri ilə üzləşirsən. Doğmalığın üstündən çalın-çarpaz xətt çəkiblər.

Buraları tanıyırsan, öz Vətənindi. Lakin kimlərsə gəlib sənin evində ehkam kəsir. Sən dustaqsan, istədiyini edə bilmirsən, qəfəsdəsən.

Bu gün isə o qəfəsdən səni uçurdub azadlığın səmasına buraxıblar. Çaşqınsan, qəribə hislər yaşayırsan. Bilmirsən, qəfəs də səninlə bir yerdə gəlib, yoxsa qəfəsin özü də azadlıqdadır.

Dilqəmlə Şahbazın şəklinə baxanda həm də onu düşünürsən ki, sən onları heç cür anlaya bilməzsən. Onların baxışları bilmədiyin bir dildə yazılmış mətn kimidir. O şəkil hansısa kubizm elementləri ilə dolu olan rəsm əsərini də xatırladır. Baxırsan, sənə nəsə deyir, ancaq tam dərk edə bilmirsən.

"Tərifsiz kədərlər içində, illərin ağırlığını çiyinlərimdə daşıya-daşıya gəlib çatdım" - o şəkildəki yazıdan az-maz bunu oxumaq olur, şəklin qalanına isə sadəcə baxmaq, baxmaq və sadəcə sevinmək qalır.

Deyirsən, İlahi, şükür sənə!

İlahi, bu gözəl şəklə görə, yaxşı ki varsan.

Yaxşı ki bu dünyada acını, kədəri əlləri ilə aralayıb balaca bir pəncərədən bizə baxan o xoşbəxtliyi hamımıza göstərdin.

# 5255 dəfə oxunub

Oxşar xəbərlər

Van Qoqun  60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

Van Qoqun 60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

18:30 13 oktyabr 2026
Türkiyənin məşhur  musiqi qrupu qlobal dinlənmə siyahılarında

Türkiyənin məşhur musiqi qrupu qlobal dinlənmə siyahılarında

18:00 13 oktyabr 2026
Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

17:32 13 oktyabr 2026
"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

17:00 13 oktyabr 2026
Tanınmış əruzşünas alim vəfat etdi

Tanınmış əruzşünas alim vəfat etdi

16:47 13 oktyabr 2026
Prezidentin yer aldığı film-həyat – “44”

Prezidentin yer aldığı film-həyat – “44”

16:30 13 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər