Beynəlxalq festival təxirə salındı

Beynəlxalq festival təxirə salındı
25 iyun 2020
# 13:29

Gürcüstanda hər keçirilən ənənəvi “Tbilisi Open Air” beynəlxalq musiqi festivalı 2021-ci ilin iyun ayına qədər təxirə salınıb. Buna koronavirus pandemiyasının yaratdığı ağır vəziyyət səbəb olub.

Təşkilatçılar iyunun 21-22 və 23-nə nəzərdə tutulmuş festivalı əvvəlcə sentyabrın ikinci yarısına qədər təxirə salmışdılar. Lakin koronavirusun dünyada yaratdığı problemlər səbəbindən festivalın 2021-ci ilə qədər təxirə salınması barədə yeni qərar qəbul olunub.

Komitə üzvləri yerli və beynəlxalq ekspertlərlə məsləhətləşmələr aparıb.

Koronavirusla əlaqədar musiqiçilərin və iştirakçılarının təhlükəsizliyi nəzərə alınaraq festivalın gələn il keçirilməsi məqsədəuyğun hesab olunub.

Qeyd edilib ki, bu il bütün dünyada keçirilməsi nəzərdə tutulan 2000-nə yaxın festivalın 1900-ü pandemiya səbəbindən təxirə salınıb.

Tbilisidə ilk dəfə 2009-cu ildə təşkil olunan “Tbilisi Open Air” regionda açıq səma altında keçirilən ən böyük musiqi festivalıdır.

Festivalda müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın tanınmış musiqi qrupları iştirak edirlər. /azertag.az/

# 4139 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər