ADO teatrı karikatura müsabiqəsi keçirir

ADO teatrı karikatura müsabiqəsi keçirir
18 iyun 2020
# 15:27

ADO teatrı 2-ci karikatura müsabiqəsini elan edir.

Kulis.az müsabiqənin şərtlərini təqdim edir.

Mövzu: Din və Elm

1-ci yer: 300 azn

2-ci yer: 200 azn

3-cü yer: 100 azn

Müsabiqəyə uyğun olan bütün işlər ADO-nun sosial şəbəkələrindəki rəsmi səhifələrində və Ado.az saytında yayımlanacaq. Eyni zamanda müsabiqənin sonunda işlərdən ibarət sərgi təşkil olunacaq. Bütün işlərdən ibarət kataloq hazırlanacaq ki, həmin kataloq sərgi zamanı təqdim olunacaq.

Qaliblərə və digər iştirakçılara sertifikatlar təqdim olunacaq.

Şərtlər:

Maksimum iki iş təqdim etmək olar.

İşləri göndərmək üçün son tarix: 10 iyul 2020.

Karikaturaları gün ərzində (səhər saat 12:00-dan axşam saat 19:00-a kimi) ADO teatrının ünvanına gətirə bilərsiniz.

İşin arxa tərəfində qeyd etmək: Müəllifin ad və soy adı, çəkdiyi tarix və işin adı.

Sərgilərdə nümayiş olunmuş və internet vasitəsilə yayımlanmış karikaturalar müsabiqədə iştirak edə bilməz.

Ölçü: Məhdudiyyət yoxdur.

QEYD: Qaliblər münsiflər tərəfindən müəyyən olunacaq.

ADO əməkdaşları müsabiqədə iştirak edə bilməz.

Layihənin məqsədi: Azərbaycanda din və elmin bu günkü gününə karikaturistlərin gözü ilə baxmaq və ölkəmizdə karikatura sahəsinə diqqət yaratmaq.

Təqdim olunmuş işlər teatrın foyesində asılacaq və tamaşaçılar mütəmadi olaraq işləri izləmə imkanı əldə edəcək.

# 3193 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər