190 manatlıq qarpızı təpikləyən yutuber

190 manatlıq qarpızı təpikləyən yutuber
11 iyul 2020
# 19:41

“Yeyin, için, ancaq israf etməyin. Allah israf edənləri sevməz”.

(Əraf, 7/31).

Bu günlərdə sosial şəbəkələrdə gənc yutuber bir yeniyetmənin videosu haqda danışılır. Dövlətin ayırdığı 190 manatlıq yardım alan gəncimiz bütün pulunu qarpıza xərcləyib və videoda qarpızaları iti bıçaqla doğrayır, bu azmış kimi təpikləyib partladır. Belə həssas zamanda bu cür dırnaq arası şou cəmiyyətdə istənilən halda qəzəb yaradır.

Bu gənc bəlkə də öz aləmində yardım ala bilməyənlərə görə bu cür etiraz edir. Bu cür etiraz aksiyası kökündən yanlışdır. Lakin unutmayaq ki gənc yutuber bu cür videolardan yetərincə pul qazanır. Əvvəllər də üstünə pivə, kola tökərək çimib və yüksək baxşılar əldə edib.

Ümumiyyətlə, müasirləşən, dəyişən dünyamızda yeni peşə sayılan yutuberlik də öz inkişaf yolundadır. Dünyanın hər yerində göbələk kimi çoxalan məzmunsuz, çılğın yutuberlər hər gün qabağımıza çıxır. İnsanlara mesaj verən, onları düşündürə bilən yutuberlər də var. Məsələn, Burak Özcan, Ruhi Çenet, azərbaycandan Rəfin Cəfərov.

Yutuberlik çətin sahədir. Yaxşı baxış yığmaq üçün min hoqqadan çıxmalısan. Kütlə yığana və pul qazanana qədər nələr çəkirsən, bir allah bilir. Bir dəfə qardaşım mənə "səndən yaxşı vayner çıxar, aktyorluğu bacarırsan" demişdi. Düzü, bir az həvəsə düşmüşdüm, hətta bir-iki video da çəkmişdim. Amma Yutubun qaydaları ilə tanış olandan və çətinliyini anlayandan sonra fikrimdən daşındım. Təəssüf ki, o qədər də səbrli biri deyiləm.

Qarpızla hoqqa çıxaran azərbaycanlı yutuberin köməyə ehtiyacı olmadığı açıqca göründü. Əgər ehtiyacınız yoxuydusa, qarpızları kasıb təbəqinin adamlarına paylayardınız. 100 qarpızı param-parça etməkdənsə bu daha gözəl addım olardı. Bunu eləsə, inanın baxış sayı tavana vuracaqdı. Üstəlik, camaat onu daha çox sevəcəkdi. Həm də necə deyərlər, halal-hümmət iş görmüş olacaqdı. O, qarpızları parçalayıb bir anlıq epataj yaratmaq isə uşaqların havaya buraxdıqları rəngli şarcıqlar kimi tez yoxa çıxacaq.

Yaxşı ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu videoya tezliklə şərh verdi: "Əslində ehtiyacı olmadan birdəfəlik ödəmə almaq üçün müraciət etməsini, üstəgəl aldığı bu vəsaiti başqalarında “harın həyat tərzi” keçirdiyi təəssüratı yaradan mənasız bir əyləncəyə sərf etməsini kəskin qınayırıq. Bu cür hallar ictimaiyyət tərəfindən kəskin pislənməli və gənclərin cəmiyyətə yararlı formada fəaliyyəti təşviq edilməlidir".

Heç nə. Harın həyat tərzi. Başa düşmürlər ki, o pulun yolunu gözləyən nə qədər insan var. Təəssüf ki, bu gənclər həmyaşıdlarına da yaxşı örnək olmurlar. Empatiya hissindən tamam uzaq gənclər yetişir. Bu, artıq gələcəyin elə də işıqlı olmayacağının siqnalıdır.

Bəlkə də o oğlanın bu performansının alt qatında harın məmurlara bir işarə var.

Belə olan təqdirdə üslub doğru seçilməyib.

# 9501 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #