11 yaşlı uşağın məni ağladan duası

11 yaşlı uşağın məni ağladan duası
3 sentyabr 2021
# 13:30

Oğlum kəndə, nənəsinin yanına getmişdi. Məlum, şəhərdə böyümüş uşaq üçün kənd mühitində hər məqam maraqlıdır. Üstəlik, ucqar dağ kəndində yerimək, hərəkət eləmək "mamauşağı" (şəhərdə necə qaqaş olursa olsun, o kənddə mütləq içindən bu adını çəkdiyim nəsnə çıxır) üçün çətin olur.

Üstəlik bu tip uşaqlar üçün “amanat uşaq” kəlməsi hər nənənin dilində dolanan kəlimədir.

İndi nənəsi onu və onunla birgə kəndə yollanan bibisi oğlunu daim nəzarətdə saxlamaq üçün namaza yönləndirib ki, ən azı gündə üç dəfə kəndin məscidində olsunlar.

Axı orada əmin-amanlıqda olacaqlar.

Yaşı çatmasa da namazı öyrənib.

Bakıya qayıdıb, hələ də ənənəni davam etdirir.

Bayaq namazdan sonrakı duasına qulaq müsafiri oldum. Belə idi:

“İlahi, salavat göndərirəm 124 min peyğəmbərin ümmətinə. İlahi, salavat göndərirəm Qarabağda canından keçən şəhidlərimizin ruhuna..."

İkinci cümlə məni can evimdən vurdu.

Mən ona belə bir dua oyrətməmişəm.

Nənəsi yaşlı qadındır, özünün dilinə dolanmış duaları var.

Bəs uşaq bu duanı hardan öyrənib?

Mənim gözümdə yaş hazır dayanmışdı, növbəti cümlə ilə leysan olacaqdı. Uşaq davam edirdi:

“İlahi, mənim yaşda balaları olan şəhidlərin ruhuna salavatımı qəbul elə, onların ürəyindən ata üçün darıxmaq hissini çıxar, axı mən atam işdə olduğunu bilə-bilə onun üçün darıxıram, bəs onlar nə edirlər?”

İçəri otaqda Allahla səmimi söhbət edən övladımın duasına “Amin” deməkdən və 11 yaşında uşaqlarımıza bunları yaşadan, dərk etdirən dövrana, düşmənə qarğamaqdan başqa nə edə bilərdim ki?!..

Turan Şakir

# 2925 dəfə oxunub

Oxşar xəbərlər

Müğənni Rəqsanə ev dustaqlığına buraxıldı - Yenilənib

Müğənni Rəqsanə ev dustaqlığına buraxıldı - Yenilənib

18:45 19 noyabr 2025
Empiriokritisizmin qurucusu isveçrəli filosof - O, metafizikanı niyə qəbul etmirdi?

Empiriokritisizmin qurucusu isveçrəli filosof - O, metafizikanı niyə qəbul etmirdi?

17:45 19 noyabr 2025
ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi

ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi

16:37 19 noyabr 2025
Xalq artisti Roza Cəlilova dəfn olundu

Xalq artisti Roza Cəlilova dəfn olundu

16:35 19 noyabr 2025
Bakıda tanınmış özbək rəssamın sərgisi açıldı

Bakıda tanınmış özbək rəssamın sərgisi açıldı

15:46 19 noyabr 2025
Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub

Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub

15:03 19 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər