"Leyli və Məcnun" Ukraynada çap olundu

"Leyli və Məcnun" Ukraynada çap olundu
7 iyun 2021
# 18:56

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi münasibətilə dünya poeziyasının korifeyinin “Leyli və Məcnun” poeması Ukraynada nəşr edilib.

Kulis.az xəbər verir ki, poema Ukrayna dilinə görkəmli şair və tərcüməçi Leonid Pervomayski tərəfindən tərcümə edilib. Azərbaycan Dövlət Tərcümə Mərkəzinin layihəsi olan bu nəşr Ukraynadakı “Yaroslavov Val” nəşriyyatında çapdan çıxıb. Layihənin məsul katibi Marina Qonçaruk, nəşrin redaktoru Taras Şevçenko adına Ukrayna Milli Mükafatı laureatı, yazıçı Qriqori Hüseynovdur.

Layihənin məsul katibi Marina Qonçaruk deyib: “Bu nəşr cari ildə Ukraynada Nizamiyə həsr edilmiş ilk ədəbi layihədir. Ukraynada bu nəşri çoxdan gözləyirdilər, çünki indiyə qədər Nizaminin bu poeması ayrıca nəşr kimi yalnız bir dəfə - 1947-ci ildə buraxılıb. Onu da qeyd etmək istəyirəm ki, bu nəşr Nizaminin Ukrayna dilinə tam həcmdə tərcümə edilmiş yeganə poemasıdır. Kitaba ön söz görkəmli ukraynalı şərqşünas alim Aqatengel Krımskinin Nizami haqqında fundamental tədqiqatı olan “Nizami və müasirləri” əsərindən götürülüb. Yeni kitab Ukrayna ədəbi ictimaiyyətinin böyük marağına səbəb olub. Bu əlamətdar layihə dahi Nizami Gəncəvinin yaradıcı irsinin Ukraynada populyarlaşmasına, Ukrayna-Azərbaycan ədəbi əlaqələrinin inkişafına xidmət edəcək”.

Kitabın redaktoru, Taras Şevçenko adına Ukrayna Milli Mükafatı laureatı, yazıçı Qriqori Hüseynov deyib: “Leyli və Məcnun” poeması Azərbaycan xalqının dəyərli ədəbi irsidir və çox əlamətdar haldır ki, Nizami Gəncəvinin yubileyi ilində onun dahiyanə əsəri ukraynalıların ana dilində səslənəcək. Azərbaycan Dövlət Tərcümə Mərkəzi müasir və klassik Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini müntəzəm surətdə ukraynalı oxuculara təqdim etməklə çox vacib və yüksək bir missiyanı – ölkələrimiz arasında ədəbi əlaqələrin inkişafı missiyasını həyata keçirir. Nizami Gəncəvinin poemasının nəşr edilməsi bu böyük şair və mütəfəkkirin ədəbi irsinin ukraynalı alim və şərqşünaslar tərəfindən öyrənilməsinə yeni təkan verəcək”.

Kitabın Kiyevdə təqdimat mərasiminin keçirilməsi gözlənilir. Bu nəşr Ukrayna kitabxanalarına və universitetlərə veriləcək, geniş oxucu auditoriyasına təqdim olunacaq.

# 2429 dəfə oxunub

Oxşar xəbərlər

D'Artanyanın qalıqları tapıldı? - Niderlandda aşkarlanan sümüklərin sirri

D'Artanyanın qalıqları tapıldı? - Niderlandda aşkarlanan sümüklərin sirri

17:42 2 iyul 2026
"O, lap əvvəldən bizimlə idi" - Tramp ən çox sevdiyi mahnının müəllifindən danışdı

"O, lap əvvəldən bizimlə idi" - Tramp ən çox sevdiyi mahnının müəllifindən danışdı

17:00 2 iyul 2026
Milli Xalça Muzeyində moda nümayişi  -  “Zamanın naxışları”

Milli Xalça Muzeyində moda nümayişi - “Zamanın naxışları”

16:30 2 iyul 2026
Qurani-Kərimi təhqir edən komediyaçı hava limanında saxlanıldı

Qurani-Kərimi təhqir edən komediyaçı hava limanında saxlanıldı

16:00 2 iyul 2026
Məşhur sənətçinin şərəfinə xüsusi Barbi gəlinciyi hazırlandı

Məşhur sənətçinin şərəfinə xüsusi Barbi gəlinciyi hazırlandı

15:30 2 iyul 2026
Milli Tarix Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş sərgi açıldı

Milli Tarix Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş sərgi açıldı

15:10 2 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər