"Bir səbət tənhalıq" onlayn nümayiş olunacaq

"Bir səbət tənhalıq" onlayn nümayiş olunacaq
13 iyun 2020
# 13:08

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində dramaturq və aktyor Məcid Vahidzadənin eyniadlı əsəri əsasında hazırlanmış “Bir səbət tənhalıq” tamaşası iyunun 24-də sənət ocağının sosial şəbəkələrdəki hesabları vasitəsilə onlayn nümayiş ediləcək.

Kulis.az xəbər verir ki, müvafiq olaraq saat 19:00-da izləyicilərin ixtiyarına veriləcək səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nofəl Vəliyev, tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır.

Rejissor Nofəl Vəliyev tamaşa haqqında məlumat verərək çox aktual bir məsələ qoyulduğu üçün bu pyesə müraciət etdiyini bildirib. O, tamaşada əlil insanların cəmiyyətə inteqrasiya olunmasının diqqət mərkəzində olduğu qeyd edərək vurğulayıb ki, heç kim qüsurlu doğulmaqdan sığortalanmayıb.

Tamaşada söhbət mənəvi tənhalıqdan gedir, səhnə əsəri iki tənha qəlbin nəhayətdə bir-birini tapmasından bəhs edir.

# 3027 dəfə oxunub

Oxşar xəbərlər

Osman Həmdi Bəyin məşhur əsəri 131 ildən sonra ilk dəfə satışa çıxarıldı

Osman Həmdi Bəyin məşhur əsəri 131 ildən sonra ilk dəfə satışa çıxarıldı

18:24 12 mart 2026
Xəlil Köçərli vəfat etdi

Xəlil Köçərli vəfat etdi

17:51 12 mart 2026
Rusiyada teleqram VPN-lə də işləməyəcək

Rusiyada teleqram VPN-lə də işləməyəcək

17:38 12 mart 2026
Əkbər Qoşalının məqaləsi Ankarada çıxan “Yüce Erek” jurnalında

Əkbər Qoşalının məqaləsi Ankarada çıxan “Yüce Erek” jurnalında

15:05 12 mart 2026
Süni intellektlə foto, video hazırlayıb yaymaq cinayət məsuliyyəti yaradacaq

Süni intellektlə foto, video hazırlayıb yaymaq cinayət məsuliyyəti yaradacaq

15:00 12 mart 2026
Süleyman Rüstəm məşhur yazıçını necə aldatdı? - Ədəbiyyatın pərdəarxası

Süleyman Rüstəm məşhur yazıçını necə aldatdı? - Ədəbiyyatın pərdəarxası

14:50 12 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər