"Hadrut, sən azadsan!" sənədli filmi nümayiş olunub

"Hadrut, sən azadsan!" sənədli filmi nümayiş olunub
27 sentyabr 2024
# 10:27

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Bir ölüb, min dirilən oğulların var, Vətən!” adlı tədbir olub.

Teatr Muzeyindən Kulis.az-a bildirilib ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və “İrəli” İctimai Birliyinin daxilində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Elmi-kütləvi işlər şöbəsinin müdiri Ümidə Hacıyeva 44 günlük Vətən müharibəsindən danışıb, tədbirin əhəmiyyəti haqqında məlumat verib.

Sonra Mədəniyyət Nazirliyi yanında Azərbaycan Respublikası Kino Agentliyinin sifarişi əsasında Bakı Media Mərkəzi və “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunmuş "Hadrut, sən azadsan!" sənədli filmi nümayiş olunub.

Real hadisələr əsasında çəkilən bu ekran əsərini gənclər və yeniyetmələrdən ibarət auditoriya ilə birgə seyr etməkdə məqsədimiz qan yaddaşımızı əsla unutmamaq, vətənpərvərlik hissini daha da möhkəmlətmək və tariximizi təbliğ etməkdən ibarətdir. Amalımız bu tarixi gündə ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən və üçrəngli şanlı Bayrağımızı işğaldan azad olunan torpaqlarımızda yenidən dalğalandıran qəhrəmanları yaddaşlarda əbədiləşdirməkdir.

Filmin nümayişindən sonra auditoriya ilə süjet ətrafında müzakirələr aparılıb.

# 768 dəfə oxunub

Müəllifin son yazıları

# # #