Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin üzvləri ilə görüş keçirib.
Kulis.az xəbər verir ki, bu barədə Anar Ələkbərov sosial şəbəkə hesabında paylaşım edib.
Görüşdə mədəniyyət və teatr sahəsində görülən işlər, 2026-cı il üçün nəzərdə tutulan planlar və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Həmçinin, görüş çərçivəsində Bakı Balacalar Teatrının yaradıcı kollektivi ilə də tanışlıq baş tutub. Cəmiyyətdə balaca boylu insanların təmsilçilərindən ibarət olan teatrın aktyorları istedadları və ilhamverici sənət nümunələri ilə xüsusi diqqət çəkiblər. Qeyd edək ki, teatrın bədii rəhbəri tanınmış aktyor Natiq Fərzəliyevdir.