Gənc Tamaşaçılar Teatrında Novruz repertuarı

Gənc Tamaşaçılar Teatrında Novruz repertuarı
14 mart 2018
# 16:18

Gənc Tamaşaçılar Teatrı Novruz bayramı şənliklərinə hazırlaşır.

Bayram ərəfəsində teatrda iki premyera, martın 16-da və 17-də saat 12, 14 və 16-da H.X.Andersenin “Qar kraliçası” və martın 18 və 19-da eyni saatlarda E.Uspenskinin “Çeburaşka” əsərləri əsasında hazırlanan tamaşaların ilk təqdimatı reallaşacaq.

Daha sonrakı günlərdə məktəblilər teatrın repertuarında olan sevilən səhnə əsərlərinə baxmaq imkanı qazanacaqlar. 21-25 mart tarixlərində saat 12, 14 və 16 olmaqla gündə üç seans olmaqla Ş.Perro “Çəkməli pişik”, Xalq nağılı “Qoğalın sərgüzəştləri”, A.Şaiq “Danışan gəlincik”, C.Rodari “Çippolino”, ərəb xalq nağılı “Əlibaba və qırx quldur” tamaşalarını izləyə biləcəklər.

Tamaşalardan əvvəl Novruz bayramının məşhur personajları Keçəl və Kosa səhnəyə çıxaraq uşaqları təbrik edəcək, Novruz haqqında şeirlər, mahnılarla salamlayacaqlar. Daha sonra isə tamaşalar nümayiş olunacaq. Bayramı maraqlı keçirmək istəyən hər kəsi Dövlət Gənc Tamaşaçılar Teatrına bayram tamaşalarımıza dəvət edirik.

# 1583 dəfə oxunub

Müəllifin son yazıları

# # #