Varisin kitabı 10 min tirajla çap olunacaq

Varisin kitabı 10 min tirajla çap olunacaq
13 fevral 2013
# 12:20

Fevralın 16-sı, saat 16-da “Park bulvar” Ticarət Mərkəzində yazıçı Varisin “Yol ayrıcında azıb qalanlar” kitabının imza günü keçiriləcək.

“Sonuncu ölən ümidlərdir” bestselleri ilə geniş oxucu kütləsi qazanmış, Bakı Kitab Klubunun "Ölkədə ən çox kitabları satılan azərbaycanlı yazıçı" elan etdiyi, Azərbaycan hökumətinin "Qızıl kəlmə" ali ədəbiyyat mükafatına layiq görülmüş yazıçının yeni kitabının tirajı 10 min nüsxə olacaq.

Roman dramatik süjet xəttinə malikdir. Eyni parta arxasında oturmuş, bir- birinə ülvi hisslər bəsləmiş iki məktəblinin 30 ildən sonrakı görüşündə bir çox suallara aydınlıq gətirir, iki nəfəs kəsici ailə dramı çarpazlaşır, qaranlıq qalan bütün gizlinlər üzə çıxır.

# 2501 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #