Aqil Abbas da papaq atmağın əleyhinədir

Aqil Abbas da papaq atmağın əleyhinədir
19 fevral 2015
# 13:26

“Azərbaycanda qapıya heç vaxt papaq atmayıblar”.

Bu sözləri Kulis.Az-a açıqlamasında Millət vəkili, yazıçı Aqil Abbas bildirib.

Yazıçı daha sonra əlavə edib ki, qədimdə papaq atmaq yox, torba atmaq adəti olub: “İndi də qapıya gələn yanında torba gətirir, papaq gətirmir. Papaq atmağı biz indi görmüşük. Ona görə də bu məsələni qaldıran alimin fikri ilə razılaşıram, o düz deyir. Papaq atma adəti ləğv olunmalıdır”.

Xatırladaq ki, Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli Novruz bayramında qapıya papaq atmağın düzgün olmadığını bildirib. O, bu adətin qadağan edilməsi təklifi ilə çıxış edib.

# 995 dəfə oxunub

Müəllifin son yazıları

# # #