Tanınmış aktyorun ayağı çürüyür

Tanınmış aktyorun ayağı çürüyür
5 iyun 2014
# 10:53

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aktyoru, əməkdar artist Rəhman Rəhmanov əlil olub. Kulis.az-ın “anspress”ə istinadən xəbərinə görə, o, artıq II qrup əlildir: "Ayağımdakı çürümə (qanqrena) məni əlil etdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mənə əlillik dərəcəsi verdi. Artıq II qrup əliləm".

Rəhman Rəhmanov ayağındakı çürümənin sağalma ehtimalının olmadığını deyir: "Şəkər xəstəliyim üzündən ayağımdakı çürümə sağalmaq bilmir. İllərdi müalicə olunsam da, bir təsiri olmadı. Bu yaxınlarda cərrahi əməliyyat da olundum. Bu əməliyyatdan sonra da bir irəliləyiş yoxdur. Şəkər imkan vermir çürümə dayansın. Hətta həkim dedi ki, bu ayaq kəsilməlidir. Qoymadım... Görək nə vaxta qədər belə davam edəcək".

Allah şəfa versin!

# 1325 dəfə oxunub

Müəllifin son yazıları

# # #