Nazirlik kino verilişi açır

Nazirlik kino verilişi açır
15 iyul 2019
# 16:38

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Avto FM radiosunun dəstəyi ilə “AzerNyuMedia” Şirkəti “Cinema Radio” layihəsinin istehsalına və yayımına başlayır.

Kulis.az nazirliyin saytına istinadən xəbər verir ki, hər həftənin şənbə günü saat 15-dən 16-dək yayımlanacaq radio veriliş dünyada və yerli kino bazarında baş verən ən son yenilikləri təqdim edəcək, həftənin kino hadisəsi qonaqlarla müzakirə olunacaq.

Məlumat üçün bildirək ki, veriliş bir neçə rubrikadan ibarət olacaq. Dinləyicilər kinoviktorinanın suallarını cavablandırmaqla hədiyyələrə sahib olacaqlar. Verilişin aparıcısı tanınmış dj Yaqut Gözəlovadır.

Radio layihənin tərəfdaşı “CinemaPlus” kinoteatrlar şəbəkəsidir.

# 2131 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #