Bu gün Aydın Talıbzadənin kitabı təqdim olunacaq

Bu gün Aydın Talıbzadənin kitabı təqdim olunacaq
20 oktyabr 2017
# 10:15

Bu gün, saat 12:00-da Kitabevim.azda sənətşünas alim, professor Aydın Talıbzadənin “Faciə: janriçi mutasiyalar” adlı nəzəri kitabı təqdim olunacaq

Kulis.azın verdiyi xəbərə görə, kitab ADMİU-nun həm müəllim, həm də tələbələri üçün “dərsdənkənar oxu” qismində nəzərdə tutulub.

"Faciə: janriçi mutasiyalar" struktur təhlillə yanaşı dünyagörüşü məsələlərini də hədəfləyib.

Müəllif kitabda janrın fəlsəfəsini (fəlsəfi konseptlərini), sosio-psixologiyasını (toplumda yaratdığı diskursları) panoramlaşdırmağa, insanın ruhsal ovqatına, ünsiyyət faktoruna təsirini şərtləndirən kodları açmağa, onların altyapısını öyrənməyə, müxtəlif mütəxəssislərin faciə ilə bağlı fikirlərinin mozaikası içindən sivişib öz konsepsiyasını aktuallaşdırmağa, postdramatik teatr müstəvisində faciənin necə anlaşıldığını elmin gündəminə gətirməyə çalışır.

“Faciə: janriçi mutasiyalar” risaləsində müəllif tragediyanı bəşər tarixinin və insan düşüncəsinin çox önəmli və simptomatik hadisəsi statusunda araşdırır.

# 976 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #