Genco Erkal həbs oluna bilər - Prezidenti təhqir iddiası ilə

Genco Erkal həbs oluna bilər - Prezidenti təhqir iddiası ilə
26 avqust 2021
# 13:33

Türkiyənin tanınmış aktyoru Genco Erkal həbs oluna bilər.

Kulis.az NTV-yə istinadən xəbər verir ki, buna səbəb aktyorun sosial şəbəkə hesabındakı paylaşımlarında Türkiyənin prezidentini təhqir etməsidir.

Artıq İstanbul Baş Məhkəməsi aktyorun paylaşımlarındakı bəzi ifadələrlə bağlı araşdırmanı tamamlayıb. 83 yaşlı aktyorun “Prezidentə həqarət” iddiası ilə 4 il 8 aya qədər həbs olunması tələb edilib.

İddia qəbul edilsə, aktyor tezliklə hakim qarşısına çıxa bilər.

# 1733 dəfə oxunub

Müəllifin son yazıları

# # #