Həbsxana xatirələri - Mahir Əyar (Tənha Mələk)

Mahir Əyar

Mahir Əyar

28 noyabr 2021
# 16:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Mahir Əyarın (Tənha Mələk) “Həbsxana xatirələri” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Həbsdə olduğum müddətdə bir dəfə məni bir neçə dustaqla birlikdə bir kameraya saldılar. Həmin dustaqlar hər cəhətdən adi insanlar idilər, dünya görüşlərində diqqət çəkən heç bir fərqli özəllikləri yox idi. Bir müddət onlarla bir yerdə qalandan sonra gördüm ki, mənim onlardan öyrənə biləcəyim bir şey yoxdur. Çünki mənim nifrət etdiyim, hətta qorxduğum şeylərə bunlar bütün varlıqları ilə bağlı idilər. Özümün də onlara bir şey öyrədə bilməyəcəyimi anlayandan sonra təkliyə çəkildim və özümə qapandım. Həmin vaxta qədər yaşadığım bütün ömrümü nəzərdən keçirməyə və təhlil eləməyə başladım. Ömrüm boyu mahiyyətini anlamadığım, diqqətdən qaçırdığım bir çox şeylərin şahidi olmuşdum. Həmin vaxta qədər oxuyub öyrəndiklərim də kifayət qədər idi. Bütün bunları diqqətlə vərəqləməyə və üzərində düşünməyə başladım. Başlanğıcda bir az çətin olsa da qısa müddətdən sonra öz qəlbimdəki böyük bir xəzinəni kəşf etdim. Bununla həm özümü həm də ətrafımda olanları dərk etməyə başladım. Əslində "ömürün kitabı" - deyilən bu xəzinə hər bir insanın daxilində var.

# 1897 dəfə oxunub

Müəllifin son yazıları

# # #