Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?
1 oktyabr 2026
# 18:00

Məşhur rejissor Denni Boyl "Ceyms Bond" franşizasında britaniyalı aktyor Deniel Kreyqi kimin əvəz etməli olduğunu açıqlayıb.

Kulis.az xəbər verir ki, kinematoqrafçı bu barədə "İndependent" nəşrinə müsahibəsində danışıb.

"İynə üstündə" və "Xarabalıqdan çıxmış milyonçu" kimi kult filmlərin rejissoru olan Boyl, bir müddət bondiananın "Ölmək vaxtı deyil" (2021) adlı filmi üzərində çalışsa da, franşiza sahibləri ilə yaranan yaradıcılıq fikir ayrılıqlarına görə layihədən uzaqlaşmışdı.

İndi isə rejissor yeni 007 agenti rolu üçün "Ledi Çatterleyin məşuqu", "Günahkarlar" və "Qaranlığa qayıdış" filmlərinin ulduzu Cek Okonnelli təklif edib. Qeyd edək ki, Okonnell sonuncu filmdə mərhum müğənni Emi Uaynhausun sevgilisi rolunu canlandıraraq tənqidçilərin rəğbətini qazanmışdı.

"Onlar Bond roluna Cek Okonnelli dəvət etməlidirlər. Siz "Qaranlığa qayıdış" filminə baxmısınız? O, sadəcə möhtəşəm filmdir. Cek orada məşuq rolunu oynayır və bu, hədsiz dərəcədə çətin, qeyri-mümkün bir roldur. O isə mükəmməl performans nümayiş etdirir", – deyə rejissor fikirlərini bölüşüb.

Boyl həmçinin əlavə edib ki, Bond haqqında növbəti filmin rejissor kürsüsünə əyləşəcəyi gözlənilən Deni Vilnyova çox inanır. Yeri gəlmişkən, Cek Okonnellin adı daha əvvəllər də yeni Ceyms Bond roluna mümkün namizədlər siyahısında mütəmadi olaraq hallanmışdı.

# 35 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər