YARAT-da sənədli filmlər nümayiş olunacaq

YARAT-da sənədli filmlər nümayiş olunacaq
1 avqust 2022
# 16:20

YARAT Müasir İncəsənət Məkanı filmsevərləri “Homo Urbanus” sənədli filmlərin nümayişinə dəvət edir.

Kulis.az xəbər verir ki, avqustun 4-də “Artım” layihə məkanında “Rabatius” (Rabat) və “Shanghaianus” (Şanxay) filmləri göstəriləcək.

Vizual antropologiya və müşahidə filmi “Homo Urbanus” – ictimai məkan anlayışını amansızca kiçildən və onu minimum vəziyyətinə gətirib çıxardan, təcrid və sosial uzaqlaşmanın məhdudiyyətlərini təsvir edir. Bu filmlər şəhər insanını sanki "mikroskop" altına qoyur və kollektiv davranışa, şəxsiyyətlərarası dinamikaya, sosial gərginliyə, hər gün şəhər küçələrinin möhtəşəm səhnəsində oynayan iqtisadi və siyasi qüvvələrə daha yaxından baxmağa təşviq edir.

Nümayişin sonunda ACID praktikasının (Madrid) həmtəsisçisi və “Manarch Studio”nun (Bakı) tərəfdaşı, memar, qrafik dizayner və redaktor Ucal Qorçu ilə kiçik diskussiya keçiriləcək.

# 1352 dəfə oxunub

Müəllifin son yazıları

# # #