Xəzər Universitetində Dostoyevski seminarı

Xəzər Universitetində Dostoyevski seminarı
27 oktyabr 2021
# 13:03

Xəzər Universitetində dahi rus yazıçı F.M.Dostoyevskinin 200 illik yubileyi çərçivəsində elmi seminar keçirilib.

Universitetdən Kulis.aza verilən xəbərə görə, seminarı giriş sözü ilə açan Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müdiri, dosent Dilbər Zeynalova dahi yazıçının yubileyi çərçivəsində universitetdə görülən və görüləcək işlərdən danışıb və sözü professor Akif Hüseynova verib.

Ədəbiyyatşünas-tənqidçi Akif Hüseynov “Dostoyevski: dünyagörüşü və yaradıcılığı” mövzusunda geniş məruzə ilə çıxış edib.

Sonda məruzəçi tələbələrin suallarını cavablandırıb.

# 1657 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #