Üzeyir Hacıbəylinin xatirəsi anılıb

Üzeyir Hacıbəylinin xatirəsi anılıb
17 sentyabr 2019
# 18:11

Sentyabrın 17-də Xalq rəssamı Əzim Əzimzadənin Ev muzeyində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ad günü və Milli Musiqi Günü münasibətilə tədbir keçirilib.

Kulis.az xəbər verir ki, muzeyin direktoru İradə Əzimzadə böyük bəstəkarın həyat və yaradıcılığından danışıb.

İradə Əzimzadə daha sonra əlavə edib ki, əsl vətənpərvər olan Üzeyir Hacıbəyli bütün həyatını Azərbaycan xalqına xidmətə həsr edib. Onun mədəni irsi misilsizdir. Bu səbəbdən də dahi bəstəkarın xatirəsi əbədi olaraq yaşayacaq.

Tədbir konsert proqramı ilə davam edib.

# 1911 dəfə oxunub

Müəllifin son yazıları

# # #