“Nu poqodi” yenidən çəkiləcək

“Nu poqodi” yenidən çəkiləcək
4 may 2019
# 12:11

Bir neçə məşhur cizgi film yenidən ekranlara qayıda bilər.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, "Soyuzmultfilm" studiyasının şef redaktoru Sergey Kapkov "Nu poqodi", "Vinni Pux", "Umka" kimi məşhur sovet cizgi filmlərinin yeni bölümlərinin çəkilə biləcəyini bildirib.

Kapkov onu da qeyd edib ki, 1960-70-ci illərdə məşhurluq qazanan cizgi film obrazları müasir tamaşaçıya dövrün tələblərinə uyğun xarakterdə təqdim olunmalıdır.

# 1737 dəfə oxunub

Müəllifin son yazıları

# # #