Kulis.az tanınmış yazıçıların ədəbi mühitdə işlənən ayamalarını təqdim edir.
Səməd Vurğun - Qağa

Qazax bölgəsində "Böyük" mənasında işlənir. Ədəbi mühitə də sirayət edib.
Əli Kərim – Balaca dahi
![]()
Unikal şeirlər yazdığına görə deyirdilər
İsmayıl Şıxlı – Qoca

Gəncliyindən müdrik və ağır taxtalı olduğu üçün deyirdilər
Əliağa Kürçaylı – Qırmızı

Həm qırmızı danışdığı, həm də yanağı qırmızı olub
Mirmehdi Seyidzadə - Ağa
![]()
Seyid olduğu üçün
Hüseyn Arif - Kafir

İsmayıl Şıxlı ən çox işlədirmiş bu sözü. Baqşa adamlara da deyirmiş. Ancaq daha çox Hüseyn Arifə belə müraciət edirmiş.
Əkrəm Əylisli - Əkibala
Əzizləmədir
Yusif Səmədoğlu – Yuska

Əzizləmədir
Ramiz Rövşən - Dinozavr

Özü-özü haqqında işlətmişdi, başqaları da işlədirdi
Vaqif Səmədoğlu – Vaqulya

Əzizləmədir
Aqil Abbas - Məşədi

Hamıya əl tutduğu üçün deyirlər
Kələntər Kələntərli – Dust

Ləzgi olduğu üçün “Dost”u ləhcədə “Dust” kimi tələffüz edirmiş, ona görə dostları ona belə müraciət edirmiş.
Vaqif Nəsib – Sarı
Sarıyanız olduğu üçün
Vaqif Bayatlı Odər – Yaşıl köynəkli oğlan

Rəsmi iclasların birində mərhum prezident Heydər Əliyev ona belə müraciət etmişdi.
Murad Köhnəqala – Murik

Ən yaxın dostları işlədir
Rasim Qaraca – Abi
Daha çox gənc AYO üzvləri ona belə müraciət edirdilər.
Mirmehdi Ağaoğlu – Seyid

Seyid olduğu üçün
Aqşin Yenisey – Akuş

Əzizləmədir. Özü də bu imzayla şeirlər yazıb
Rəbiqə Nazimqızı – Rebekka
![]()
Əzizləmədir
Əlisəmid Kür – Əli
Əzizləmədir
Mövlud Mövlud - Dınqış
Uşaqlıqda atası deyirmiş. Ədəbi mühitdə də işlədilirdi
Şəhriyar del Gerani – Şako

Əzizləmədir.
Kəramət Böyükçöl – Kərəm

Əzizləmədir və qısa olduğu üçün işlənir
Qismət – Pamuk

Orxan Pamuku çoz sevdiyi və zahirəmn bir az da ona oxşadığı üçün
Cəlil Cavanşir – Toppuş
Zahiri görünüşünə görə
Ayxan Ayvaz – Buri

Hekayələr kitabının adıdır. Həm də çörəyi çox yeyir. Buri gürcü dilində çörək deməkdir.