“Xalqın mədəni sərvəti” Cabbar Qaryağdıoğlunun xatirəsinə həsr olunacaq

“Xalqın mədəni sərvəti”  Cabbar Qaryağdıoğlunun xatirəsinə həsr olunacaq
19 mart 2024
# 18:40

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası 27-29 mart tarixlərində Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə-Daşkəsən və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Xalqın mədəni sərvəti” layihəsini təqdim edəcək.

Kulis.az xəbər verir ki, üçüncü dəfə keçiriləcək layihə Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlunun əziz xatirəsinə həsr olunacaq.

Qeyd edək ki, "Xalqın mədəni sərvəti" layihəsi 8-14 yanvar tarixlərində simfonik muğam janrının banisi Fikrət Əmirova, 14-16 fevral tarixlərində görkəmli bəstəkarımız Qara Qarayevə həsr olunub.

# 593 dəfə oxunub

Müəllifin son yazıları

# # #